Redaktor seçimi
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Günün xəbəri

Nazirlər Kabinetində ixtisarlar:Artur Rasizadə kimləri işdən çıxartdı? (YENİLƏNİB)

Nazirlər Kabinetində ixtisarlar:

 

Nazirlər Kabinetində həyata keçirilən ciddi ixtisarların və 8 şöbə müdirinin vəzifəsini itirməsinin detalları məlum olub.

Yenixeber.org-un əldə etdiyi məlumata görə, dövlət başçısının məlum Fərmanı ilə NK-nin strukturunda aparılan islahatların mahiyyəti  mobilliyi və çevikliyin təmin olunması ilə bağlıdır. Belə ki, hökumət aparatında bir-birinin fəaliyyətini təkrar edən şöbələrin ixtisara salınması və ya birləşdiriləməsi həyata keçirilir.

Fərmana əsasən, NK-nin humanitar və sosial şöbələri birləşdirilərək bundan sonra Humanitar – Sosial adlanacaq. Rabitə və Nəqliyyat şöbəsi Tikinti – Kommunikasiya şöbəsi ilə birləşdirilib. 

Daha sonra Xarici iqtisadi əlaqələr şöbəsi MDB ölkələri ilə əlaqələr şöbəsi ilə birləşdirilərək Beynəlxalq Əlaqələr şöbəsi adlandırılacaq.  NK-nin ən böyük və bir neçə sahəni əhatə edən Ümumi şöbəsi ləğv edilərək Sənədlərlə, Vətəndaşların müraciəti üzrə iş şöbəsi yaradılır. 

Məlumata görə ləğv olunan və birləşdirilən şöbələrdə artıq ştatların hamısı aradan qaldırılacaq, ixtisarlar həyata keçiriləcək.  

İxtisarların şöbə müdirləri ilə yanaşı baş nazirin müavinlərinə də təsirsiz ötüşməyəcəyi gözlənilir. Lakin baş nazirin müavini vəzifəsinə təyinat və ya azadetmə prezidentin səlahiyyətinə aid olduğu üçün sözügedən ixtisarların hələ ki, onlara şamil olnub - olunmayacağı haqda məlumat yoxdur.

****

10.28

Nazirlər Kabinetinin aparatında struktur dəyişikliyi edilib. Dəyişiklik nəticəsində 8 şöbə müdiri işdən çıxarılıb. Bundan əlavə, digər bölmələrdə də ixtisarlar olunub. 

“Qafqazinfo” məsələ ilə bağlı Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri Akif Əli ilə əlaqə saxlayıb.

O, dəqiq rəqəm açıqlamasa da bildirib ki, dəyişikliklər prezident İlham Əliyevin 23 avqustda verdiyi fərman əsasında aparılır: “Fərmanda qeyd olunur ki, aparatın yeni ştat cədvəli 1 ay müddətinə tərtib olunmalıdır. Ştat sayı isə 200 nəfər olmalıdır. Ona görə də cənab prezidentin fərmanının icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin strukturunda yeniləşmələr gedir. Proses hələ ki, gedir, ancaq başa çatmayıb.  Buna uyğun olaraq da işdən çıxarılanlar mütləq olacaq.  Həmçinin şöbələrin adları da dəyişdirilir, bir qismi birləşdirilir. Yalnız Mətbuat Xidməti şöbəsinin adında dəyişiklik edilməyib.  Çünki cənab prezident mətbuatın dostudur”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam