Yenixeber.org: Belə ki, prezident İlham Əliyevin sərəncamı ilə Fuad MuradovDiasporla İş üzrə Dövlət Komitəsinin sədri, İnam Kərimov Kənd təsərrüfatı naziri, Sahil Babayev Əmək və əhalinin sosial müdafiəsi naziri, Muxtar Babayev Ekologiya və təbii sərvətlər naziri, Ceyhun Bayramov Təhsil naziri, Rövşən RzayevQaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinin sədri, Samir Nuriyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Fuad Nağıyev Dövlət Turizm Agentliyinin sədri, Vüsal Hüseynov Dövlət Miqrasiya Xidmətinin rəisi vəsifəsinə təyin olunub.
Maraqlıdır, yeni təyin olunan nazirlər və komitə sədrləri rəhbərlik etdiyi qurumlarda hansı islahatları aparmalıdır?
Məsələ ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı Modern.az-a açıqlama verib:
Deputat bildirib ki, yeni təyin olunan nazirlər və komitə rəhbərləri Azərbaycanın bu gününə və sabahına hədəflənən islahatları davam etdirməlidir.
"O islahatlar ki, həmin qurumun çevikliyini təmin edəcək və vətəndaşlarla bürokratik əngəllər aradan qalxacaq. Artıq biz yeni bir dövrə qədəm qoymuşuq.  Bu dövr Azərbaycanda islahatların dərinləşməsinə gedən mərhələdir. Eyni zamanda, vətəndaşlarla məmurlar arasında problemlər doğura biləcək nüanslar aradan qaldırılmalıdır. Azərbaycanda korrupsiya və rüşvətxorluğun aradan qaldırılması istiqamətində işlər aparılır. Bununla bağlı cənab prezidentin bir neçə müvafiq sərəncamı və tapşırıqları var. Əminəm ki, yeni hökumət baş nazir Novruz Məmmədovun rəhbərliyi altında ölkə prezidentinin müəyyən etmiş xəttə uyğun olaraq işini yüksək səviyyədə quracaq”.
Fəzail Ağamalı deyib ki, yeni təyin olunan nazirlər köməkçilərini, rəhbərlikdə təmsil olunan müavinləri dəyişə bilərlər:
"Ancaq orada çalışan peşəkar mütəxəssislərə toxunmaq olmaz. Çünki o peşəkarlar həmin qurumun işini aparan başlıca simalardır. Ona görə də mən nazirliklərdə  genişmiqyaslı ixtisarların aparılmasının əleyhinəyəm”.