Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Elxan Süleymanovu “vurdular”

85 saylı Şamaxı seçki dairəsindən Milli Məclisin deputat Elxan Süleymanov AVRONEST Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin rəhbəri vəzifəsindən azad olunub.

Xeberinfo.com:   Deputat Elxan Süleymanov AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin sədri olduğu müddətdə Milli Məclisin komitə və plenar iclaslarına qatılmayıb.

Maraqlısı odur ki, Elxan Süleymanov AVRONEST PA-dakı vəzifəsindən azad olunduqdan sonra da Milli Məclisin iclaslarına gəlmir.

Parlamentin və deputatların intizam məsələlərinə cavabdeh olan komissiyanın sədri Ağacan Əbiyev Modern.aza açıqlamasında bildirib ki, əgər Elxan Süleymanovla bağlı Milli Məclisin sədri İntizam Komissiyasına hansısa tapşırıq versə, bu, mütləq icra olunacaq:

“Əgər Milli Məclisin sədri deputat Elxan Süleymanovla bağlı bizə tapşırıq versə, onu İntizam Komissiyasına dəvət edəcəyik”.

Ağacan Əbiyev bildirib ki, deputatlara hansısa intizam cəzasının verilməsi parlamentin sədrinin tapşırığına əsasən həyata keçirilir:

“Hansısa deputata intizam cəzasının verilməsi, onunla bağlı ölçü götürülməsini Milli Məclisin sədri tapşırır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam