Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Türkiyə və ABŞ Baş qərargah rəisləri görüş keçirib -İncirlikdə

US-Marine-Corps-Gen-Joseph-F.-Dunford-Jr-Turkish-Gen.-Hulusi-Akar-Ankara-Jan-6-2016-Photo-DoD

Xeberinfo.com:  Xarici KİV-ə istinadla xəbərə görə Türkiyə silahlı qüvvələri Baş qərargah rəisi, general Hülusi Akar və ABŞ silahlı qüvvələri qərargah rəisləri Komitəsinin sədri, general Cozef Danford Türkiyə hərbi-hava qüvvələrinin İncirlik bazasında görüş keçirib. Bu barədə xəbəri Türkiyə silahlı qüvvələri Baş qərargahı yayıb.

Danışıqlar dekabrın 5-də baş tutub. Hərbçilərin məlumatına görə, Danford «katoliklərin «Rojdestvo» bayramını bazada hərbi xidmət keçən ABŞ hərbçiləri ilə birlikdə keçirmək üçün İncirliyə gəlib». Generalların danışıqlarının təfərrüatı barədə məlumat verilmir.

Danford sonuncu dəfə Türkiyədə noyabrın 6-da səfərdə olub. O, Suriya şəhəri Rakkanın «İslam dövləti» qruplaşmasından azad olunması məsələsini Ankara ilə müzakirə edib. Elə o zaman təmasların nəticələrinə əsasən tərəflər Rakkanın birgə azad edilməsi, əldə saxlanması və situasiyanın gələcək inkişafının idarə olunması məsələlərini razılaşdırıblar.

«Suriya demokratik gücləri» silahlı birləşmələri ABŞ hərbi-hava qüvvələrinin dəstəyi ilə noyabrın 6-da Suriyada ekstemistlərin başlıca qalası sayılan Rakka şəhərinin azad olunması əməliyyatına başlayıb. Əməliyyata «Ərəfatın qəzəbi» adı verilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam