Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Tarif Şurasının qərarı ləğv edilməlidir”

5489Aydınlar Partiyası  Azərbaycan Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixli iclasında təbii qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacağının satışı tariflərinin bahalaşdırılmasını yolverilməz sayır və bunun əhalinin kütləvi yoxsullaşmaya və  işsizliyə səbəb olacağını bildirir.
Xeberinfo.com:   Bu barədə istiqlal.az-a Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli məlumat verib.
Q.Əlibəylinin sözlərinə görə, bahalaşmanın iqtisadi və sosial əsasları yoxdur: Hökumət əhaliyə kommunal xidmət göstərən dövlət müəssisələrində (“Azərsu”, SOCAR, “Azərenerji”, “Azərişıq”) tarifləri qaldırmaqdansa bu müəssislərdə maliyyə şəffaflaşmasına nail olmalı, total korrupsiya mühiti aradan qaldırılmalıdır. Necə ola bilər ki, əhaliyə satılan elektrik enerjisi 6, təbii qaz isə 33 dəfə bahalaşıb. Ancaq heç bir effektiv nəticə ortada yoxdur? Bunun yeganə səbəbi total korrupsiya mühitidir”.
Partiya sədri əhalinin az təminatlı hissəsi üçün ayrılan limitlərin də çox az olduğunu deyir: Kasıb ailələr var ki, qışda qidadan çox qaza-işığa pul xərcləyirlər. Ölkə üzrə mərkəzləşdirilmiş istilik sistemi olmadığından ailələr fərdi qaydada istilik problemini həll edirlər. Hökumət bu məsələyə yenidən baxmalı və Tarif Şurasının qərarını ləğv etməlidirlər. Çünki bu qərar təkcə sosial mühitin gərginləşməsinə yox, iqtisadi sferaya da mənfi təsirlər göstərəcək. İşıq və qazın bahalaşması yerli istesal məhsullarının da maya dəyərinin artmasına və bahalaşmaya səbəb olacaq. Hökumət vaxtında məsiliyyətini dərk edib Tarif Şurasının qərarını ləğv etməlidir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam