Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Hökumət "Sovetski" sakinlərini aldatdı

 

 

 

 

       Evləri sökülən vətəndaşlar aksiya keçirəcək

 

 

 

 

Hökumətin verdiyi vədin yalan olduğunu sübut edildi

 

"xeberinfo.com":Maliyyə Nazirliyi “Sovetski”də nəzərdə tutulan söküntü işləri  burada daşınmaz əmlaka malik olan mülkiyyətçilərə təklif olunan məbləğ barədə martın 1-də açıqlama verib.

Nazirliyin yaydığı açıqlamada qeyd olunur ki,“Sovetski”də evlərin alınması tam könüllülük prinsipi əsasında həyata keçirilir. Qeyd olunur ki, ərazidə yerləşən əmlakların dövlət tərəfindən alınması zamanı, əmlakın faktiki ümumi sahəsinin hər bir kvadrat metrinin dəyəri 1500 manat həcmində yuxarı hədd müəyyən olunub.

Müvafiq dövlət orqanlarında mövcud olan məlumatların təhlili nəticəsində, son dövrlərdə ərazidə alqı-satqı olunmuş əmlakların hər bir faktiki kvadrat metrinin dəyərinin 1500 manatdan daha az olduğu müəyyən edilmişdir. Bütün bunlarla belə, qeyd olunan ərazidə mülkiyyətçilərə dövlət büdcəsinin vəsaiti hesabına əmlakların alınması üçün müəyyən olunmuş ən yuxarı hədd - 1500 manat təklif olunur, - deyə açıqlaçada bildirilir.

Deməli, “Sovetski” camaatının etirazlarına baxmayaraq hakimiyyət onlara güzəştə getmək niyyətində görünmür. Qeyd edək ki, “Sovetski” camaatı verilən kompensasiyaya etiraz olaraq fevralın 17-də aksiya keçirmişdilər. Hökumət sakinlərinin tələblərinin nəzərə alınacağını bildirmişdiMaliyyə Nazirliyinin bu açıqlaması hökumət rəsmilərinin verdikləri vədin yalan olduğunu göstərir.

 

“24 min manata hardan ev alım?

 

Süleyman Rəhimov küçəsiev 11-də yaşayan Fuad Dərgahov hökumətin bu addımını ədalətliqərar hesab etmir16 kvadrat metrlik bir otaqlı mənzildə yaşadığını deyən Dərgahov bildirir ki, verilən kompensasiya ilə Bakının heç bir ünvanında mənzil ala bilməz.

“Evimin bütün sənədləri qaydasındadır. Dövlətə heç bir borcum yoxdur. Kommunal xidmət haqlarını vaxtı-vaxtında ödəmişəm. Evimin sahəsi azdır, ancaq əsas odur ki, yaşamağayerim var. 16 kvadrata hökumət 24 min manat kompensasiya verəcək. Bu pula hardan ev alım? 24 min manatla kimin qapısını döymək olar? Maliyyə nazirliyi, yaxud “Sovetski”nin köçürülməsini həyat keçirən dövlət qurumları bazardakı qiymətlərdən məlumatsızdırlar?Bilmirlər ki, mikrorayonlarda bir otaqlı mənzillər 60-70 min manata satılır? 24 minə yalnız torpaq sahəsi almaq olar. Bəs evi hansı pulla tikim? Burada yaşayanlar milyonerlər deyil ki, 100-150 min manat onlar üçün heç nə olsun. Mənim də imkanım yaxşı olsaydı, banklara milyonlarımı yatırsaydım indiki evimin pulunu istəməzdim”.

Fuad Dərgahov “Sovetski”də evlərin bazar qiyməti 4-5 min manat olduğunu bildirir: “Biz də bu məbləğdə kompensasiya tələb edirik. Mənim mənzilimin 200 metrliyində yeni yaşayış kompleksi tikilib. Orada mənzilin bir kvadrat metri 5 min manatdan aşağı deyil. Ya camaata normal kompensasiya verilsin, ya damənzillə təmin etsinlər. Bizim başqa istəyimiz yoxdur. Bu qədər insanı çölə atacaqlar? Gedib kirayədə yaşayaq? İki-üç mənzilin yerində bina tikib milyonlarla pul qazanacaqlar. Həmin milyonların 1 faizini də evləri sökülənlərə versinlər”.

 

“Normal pul vermə, ancaq de ki, evindən çıx. Bu harada yazılıb?”

 

50 ildir “Sovetski”də yaşayan Zöhrab Məmmədov da 1500 manatlıq kompensasiyanı ədalətsiz hesab edir. Onun fikrincə vətəndaşlara verilən məbləğ mülkiyyət sahiblərini alçatmaqdır: “Bu insanlara qarşı təhqirdir. 1500 manatla kim mənzil ala bilər? Evinin sahəsi 100-150 kvadrat olan mənzil sahibi hökumətlə razılaşar. Çünki 150-200 min manat pul alacaq.Bəs, 10-15 kvadrat metrlik evi olanlar nə etsinlər? Hara üz tutsunlar, kimin yanına getsinlər? Problem həll olunandan sonra camaatın evini sökməlidirlər. Normal pul vermə, ancaq de ki, evindən çıx. Bu harada yazılıb? Konstitusiyada “mülkiyyət toxunulmazdır” qeyd edilib. Niyə bu qanunlara hörmət edilmir? Kiminlə necə gəldi hərəkət edirlər”.

“Sovetski” sakinləri hökumətin onları aldatdığını deyirlər. Bildirirlər ki, fevralın 17-də aksiya keçirəndə Yasamal rayonun İcra Hakimiyyətinin nümayəndəsi vətəndaşlara vəd verdi.

“Bizə dedilər ki, hər birinizin problemi araşdırılacaq. Kimin evinin sahəsi kiçikdir, onun mənzilinə yenidən baxış keçiriləcək. Hətta deyildi ki, kompensasiya istəməyən şəxslərə mənzil verilə bilər. Bir müddət keçəndən sonra mənzil məsələsini arxa plana keçirdilər. Gündəmdə yalnız kompensasiya qaldı. Sakinlərə kvadratı 2500-3000 manatdan pul veriləcəyi deyildi. İndi isə bunu da rəddedirlər”, - deyə sakinlər bildirirlər.

“Sovetski” camaatı keçirdikləri mitinqdən sonra təşkilat komitəsi yaradıldığını deyirlər: “Mitinq günü komitə yaradıldı. Bizə söz verdilər ki, komitənin üzvlərini məqbul edib, camaatın bütün istəklərini dinləyəcəklər. Gənclər bir neçə dəfə aksiya keçirmək istədi, yaşlı adamlar qarşılarını aldı ki, bizə vəd verilib. İstəmədik ki, yenə narazılıq olsun. Belə olsa yenidən mitinq keçirəcəyik. Camaatın evini əlindən alın, onamənzil almaq üçün normal pul vermə. Belə şey heç yerdə görünməyib”.

 

“Hökumət hər kəsin qayğısına qalmalıdıronların təklifiylə razılaşmırıq”

 

“Şəhərdə kvadratı 1500 manata heç yerdə ev almaq olmaz. “Sovetski”də yeni tikilən binalarda mənzillər 200-250 min manatadır. “İçərişəhər” metrostansiyasının yaxınlığında torpağın sotu 700-800 min, hətta bir milyon manataHüseyn Cavid prospektində 300-350 min manatadır. “Sovetski”ylə bu ünvanlar arasında məsafə o qədər böyük deyil. 5 dəqiqəlik yoldur. Şəhərin mərkəzidir, əlimiz hər yerə çatır. Bizə çox rahatdır. İndi mənzilimiz balacadır, yollarımız bərbaddır deyə bizi burdan köçürüb az pul verməlidirlər. Heç kim iddia etmir ki, onun evi villadır. Ancaq hər kəs öz imkanına uyğun mənzilinə əl gəzdirib, pis-yaxşı yaşayır. Verilən pulla isə heç yerdə ev almaq mümkün deyil. Hökumətdən, söküntünü həyata keçirən dövlət qurumlarından 400-500 min manat istəmirik. Tələbimiz odur ki, ya normal kompensasiya verilsin, ya da yaxınlıqdakı tikilən binalarda evlərimizin sahəsinə uyğun mənzillə təmin etsinlər. Əks halda heç kim bununla razılaşmayacaq. 100-200 adam buradan köçə bilər. Hansı ki, onların mənzillərinin sahəsi böyükdür. Ancaq “Sovetski”də minlərlə ailə var ki, 15-20 kvadratlıq evdə yaşayırlar. Hökumət hər kəsinm qayğısına qalmalıdır. Biz onların təklifiylə razılaşmırıq”, - deyə sakinlər etirazlarını bildirirlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam