Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Hesablamışam, atamın goruna 932 adam söyüb”

aqil abbas hesablamisam atamin goruna 932 adam soyub

“Azərbaycanda 3 deputatı söyürlər: Fazil Mustafanı, Hadı Rəcəblini və məni”.

Xeberinfo.com:  APA-nın məlumatına görə, bu sözləri Milli Məclisin iclasında deputat Aqil Abbas deyib. O bildirib ki, son günlər internet məkanda onun fikirlərini kontekstdən çıxarıb, hədəfə götürüblər: “Mənim atamın goruna 932 adam söyüb, hesablamışam”.

A. Abbas həmkarlarını onlara dəstək verməkdə aktiv olmağa çağırıb: “Hərə yaxasını çəkib bir kənara, iki-üç deputatıq, hədəfdə qalmışıq. Bu işləri edənlər cəzasını almalıdırlar. Dostum Vahid Əhmədov demədiyi halda, adından yazıblar ki, maaşı azlıq edir. Axı, elə söz deməyib. Yaxud, dostum Tahir Kərimli açıqlama verir ki, maaşını alanda utanır. Qardaş, utanırsan, alma. Kimin maaşı çoxluq edirsə, aparıb ehtiyacı olana versin”.

Sədr Oqtay Əsədov isə cavabında bildirib ki, deputatlar internet resurslarına müsahibə verərkən diqqətli olmalıdırlar: “Hadı Rəcəbliyə eşq olsun. Mən Hadı müəllimdən şəxsən xahiş etdim ki, müsahibə verəndə bilsin hara və necə müsahibə verir. Diqqətli olmaq lazımdır. Amma hamı bəhsə girib müsahibə vermək istəyir və nəticədə belə olur”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam