Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Dubaydan villa alan azərbaycanlılar

Dubay əmirliyinin Torpaq departamenti (DLD) keçmiş sovet respublikalarından olan rusdilli investorların axını ilə bağlı olaraq Rusiyanın “Rusbiz” konsaltinq xidməti ilə müqavilə bağlayıb.

Xeberinfo.com:   Virtualaz.org xəbər verir ki, müqaviləyə əsasən Dubayda mülk almaq istəyən rusdilli, yaxud rus dilini bilən investorlar bu müqavilə sayəsində sövdələşmələrə dair məlumatları rus dilndə əldə edə biləcəklər.

DLD-nin məlumat bazasına əsasən təkcə son üç ildə rus dilinin geniş yayıldığı 12 ölkədən 6 minə yaxın investor Dubayda daşınmaz əmlaka 4 milyard dollara yaxın investisiya qoyublar. DLD son illər Rusiya, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Ukrayna, Türkmənistan, Tacikistan, Belarus , Moldova, Ermənistan və Qırğızıstandan olan investorların Dubaya axını haqda məlumat verir.

Rusbiz şirkəti ilə bağlanmış müqaviləyə əsasən DLD rusdilli müştərilərə bu şirkət vasitəsilə xidmət göstərəcək, müqavilələləri rus dilində bağlayacaq. Habelə hüquqi sənədlərin ərəb dilindən rus dilinə tərcüməsi həyata keçiriləcək.

DLD-nin investisiya şöbəsi olan “Real Estate Investment Management and Promotion Center”in rəhbəri Məcid Əli Rəşid deyib ki, rusdilli ölkələrdən artan tələbatı nəzərə alaraq “Rusbiz” investorlara informasiya xidməti göstərilməsi üçün əvəzsiz tərəfdaşdır. “Rusbiz” şirkətinin baş direktoru Dmitri Krasnoqor isə deyib ki, Dubayın daşınmaz əmlak bazarı keçmiş sovet respublikalarından olan investorlar üçün olduqca cəlbedicidir. “Biz müştərilərə ən yaxşı şəkildə xidmət göstərməyə çalışacağıq”-o deyib.

Qeyd edək ki, Dubaya axın edən 6 minə yaxın rusdillilərin arasında Azərbaycan vətəndaşlarının da olması son illər ölkədən kapital axınının sürətləndiyi bir vaxtda baş verir. Manatın devalvasiyasından və iqtisadiyyatda yaranan problemlərdən sonra bir çox imkanlı şəxslər öz kapitallarını xaricdə daşınmaz əmlaka, digər sahələrə yatırmağa başlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam