Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Mirmahmud Mirəlioğlu Azərbaycan Xalqını təbrik etdi

 17 noyabr Milli Dirçəliş Gününün 28-ci ildönümü  ilə əlaqədar KXCP sədri Mirmahmud Mirəlioğlu Azərbaycan Xalqını təbrik edib.

 

        Xeberinfo.com:   Təbrikdə deyilir:

       “Əziz həmvətənlər!  

       Hörmətli Xanımlar və Bəylər!

Sizləri Xalqımızın şanlı tarixi   - 17 noyabr Dirçəliş Günü münasibəti ilə təbrik edirəm!  Torpaqlarımızın, Vətənimizin Bütövlüyü , Azadlığı  və Müstəqilliyi yolunda  şəhid olanlara ALLAHdan rəhmət diləyirəm. Qazilərimizə can sağlığı, Bütöv Azərbaycan vətəndaşı olmağı arzulayıram!

         Əsrlərlə davam edən  çar  - sovet rus  işğalından qurtulmaq Azərbaycan insanının  ən mühüm arzu - niyyəti idi.   İSTİQLALımıza qovuşmağın  başlanğıcı  olan,  17 noyabr -  Milli, Dini və Dövlət Bayramlarımızın əsasının qoyulduğu  və reallaşdırılmasının başlandığı  gündür.  Bu gün,  şəhidlərimizin qanı, millət böyüklərinin  fədakar  mübarizliyi və dövlət düşüncəsinin nəticəsidir.

         17 noyabrdan başlanan  Milli Dirçəliş - Azərbaycanın Dövlət Müstəqilliyinin bərpası ilə  nəticələndi. İnşallah,  Bütöv, Demokratik, Azad  Azərbaycanda yaşamaq   hər birimizin  nəsibi olsun.

 Şəhidlərin qanını yerdə qoymayaq!

Qazimizə sahib duraq!

 

Bayramınız mübarək olsun!" 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam