Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Bank of Azerbaijan” “Bank Texnik”ə birləşdirilir

 

“Bank of Azerbaijan”da yaranmış maliyyə problemi getdikcə daha da dərinləşir. Hazırda bankla müştərilər arasında qarşıdurma səviyyəsində gərginlik yaşanır. “Qafqazinfo” xəbər verir ki, bu barədə “AzərFax” məlumat yayıb. 

   "xeberinfo.com":Məlumata görə, depozitləri geri almağa çalışan müştərilərə müxtəlif bəhanələr göstrərildiyindən vəziyyət daha da dramatik şəkil alıb. Bank faktiki olaraq depozitləri ödəyə bilmir.

Bankın sahibi Hafiz Məmmədovun öz müsahibəsində depozitlər məsələsinə toxunaraq “İndi deyirsiniz ki, bir dostum çıxıb bu pulları ödəməyəcək?” şəklində reaksiya verməsi, vəziyyətin ağır olduğunun göztəricisi kimi qiymətləndirildi. Hər halda bank sahibinin pulları dost yardımları ilə ödəməyi planlaşdırması müştərilərdə bank barədə formalaşmış qeyri-ciddi imicin bir qədər dərinləşməsinə səbəb olub.

Sayt “Bank of Azerbaijan”da hazırda hansı vəziyyətin hökm sürdüyü barədə yeni məlumat əldə edib. Bankdakı mənbədən ötürülən məlumata görə,  artıq 5-ci gündür ki, bankın bütün əməliyyatlarına “Bank Texnik” nəzarət edir, hətta kassaya mədaxilləri belə “Bank Texnik”in inkasatorları aparır: “Ümumiyyətlə, belə sözhbətlər gəzir ki, “Bank of Azerbaijan” hansısa başqa bankın himayəsi və nəzarəti altna keçir. Hələlik ortada rəsmi bir şey olmasa da, ötən həftədən etibarən biz “Bank Texnik”ə hesabat verməli oluruq. Bankın düşdüyü vəziyyətlə əlaqədar  müştəriləri itiririk. Kassaya mədaxillər də ciddi şəkildə azalıb.  Bu, təkcə bizim şöbədə deyil və söhbət təkcə Bakıdakı şöbələrdən getmir. Bizdə məlumat var ki, əyalət şöbələrində də gün ərzində kassaya yığılan vəsait “Bank Texnik”ə təhvil verilir. Nə baş verdiyini aydınlaşdıra bilmirik. Kassaya medaxil olan kimi “Bank Texnik” aparır. Hətta imkan verilmir ki, depozitləri müştərilərə qaytaraq. Bizə ancaq vaxt uzatmaq tapşırığı verilir və biz də hər gün yalan danışırıq”.

Mənbə ehtimal edir ki, “Bank of Azerbaijan”ın ölkədədi banklardan birinin nəzarəti altına keçəcəyi barədə söhbətlər artıq reallaşmaq üzrədir.  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam