Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Samir Şərifovdan Fazil Məmmədova 1.2 milyardlıq tələ

Vergilər Nazirliyi Maliyyə Nazirliyinə birləşdirilə bilər

Xeberinfo.com:  Maliyyə naziri Samir Şərifov Vergilər Nazirliyini rəhbərlik etdiyi quruma birləşdirməyə çalışır. “Azadlıq”a daxil olan məlumata görə, bu səbəbdən Samir Şərifovla Fazil Məmmədov arasında münasibətlər gərginləşib. Bildirilir ki, 2017-ci ilin dövdət büdcəsində Vergilər Hazirliyinin öhdəliyinin artırılması da bununla bağlıdır. Məlumat üçün deyək ki, 2017-ci il üçün Vergilər Nazirliyinin öhdəliyi 7.2 milyard manat müəyyən olunub. Bu, 2016-cı il üçün müəyyən olunan öhdəlikdən 1.2 milyard manat çoxdur.

Müşahidələr göstərir ki, Vergilər Nazirliyi hazırki öhdəliyi yerinə yetirməyə belə çətinlik çəkir. Deməli, 2017-ci il Fazil Məmmədov üçün daha ağır olacaq. “Samir Şərifov da bunu bildiyindən vergilər nazirini çətin vəziyyətə salıb. Məqsəd Fazil Məmmədovun vəzifəsinin öhdəsindən gələ bilmədiyini ortaya qoymaq və Vergilər Nazirliyini departament formasında Maliyyə Nazirliyinə birləşdirməkdir”, – deyə mənbə bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam