Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Fazil Məmmədovun kadr dəyişikliklərinin pərdəarxası

fazil_memmedovFazil Məmmədovun işçilərinin yerini dəyişməsinin arxasında nə dayanır?

Xeberinfo.com:   Vergilər Nazirliyində kadr dəyişikliyi olub. Vergilər Nazirliyi Vergi ödəyicilərinə xidmət baş idarəsinin rəisi Elçin Məmmədov nazirin müşaviri təyin edilib. Mahir Rəfiyev isə Vergilər Nazirliyi Vergi ödəyicilərinə xidmət baş idarəsinin rəisi təyin edilib.

Fazil Məmmədov bir neçə gün əvvəl də Bakı şəhər Vergilər Departamentinin rəisi başqa vəzifəyə keçirmişdi. Ümumiyyətlə, son günlər Vergilər Nazirliyində rəhbər vəzifə tutan şəxslərlə bağlı yerdəyişmələr edilir. Redaksiyamıza daxil olan məlumata görə, vergilər naziri Fazil Məmmədovun idarə rəislərinin yerini dəyişməsinin ciddi səbəbləri var. “Avropa oyunları ilə bağlı Vergilər Nazirliyinin üzərinə ağır yük qoyulmuşdu. Nazirlik həm büdcə öhdəliyini yerinə yetirməli, həm də oyunlara dəstək verməli idi. Bu da ona gətirib çıxardı ki, vergi ödəyicilərinin əhəmiyyətli hissəsindən 2016-cı ilin də ”vergi borcu” alınıb. 2016-cı ilin dövlət büdcəsinə 2 milyard əlavə olunması ilə yenə də əsas güc Vergilər Nazirliyinin üzərinə düşüb. Nazirlik isə bu öhdəliyi yerinə yetirmək imkanında deyil. Təsadüfi deyil ki, Fazil Məmmədov ötən il yığılan 6 milyard manat vergi pulunun təxminən 1 milyard manata qədərilə bağlı məhkəmə iddialarının olduğunu diqqətə çatdırmaqla, hələ 2015-ci ildə öhdəliyin yerinə yetirilməsinin xeyli çətin olduğuna işarə vurmuşdu.

Lakin nazir fərqindədir ki, hər nə olursa olsun öhdəlik yerinə yetirilməlidir. Əks təqdirdə o postu ilə vidalaşmalı olacaq. Ona görə də kadr dəyişiklikləri etməklə, daha doğrusu kadrların yerini dəyişməklə 2015-ci ildə 2016-cı il üçün alınan “vergi borclarını” silmək istəyir. Yəni, yeni rəis ödəniş edən ticarət obyektinə “pulu mənə verməmisən” deyib 2016-cı ilin hesabını tələb edəcək”, – deyə hökumətə yaxın mənbə bildirib.

Azadliq.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam