Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

“Bakıda erməni kilsəsi dövlət tərəfindən mühafizə olunur”

66untnggy

 

“Azərbaycan və Ermənistan QHT-ləri, yazıçılar, publisistlər, müxtəlif ictimai xadimlər xalqlara artıq barışmaq vaxtı olduğu fikrini aşılamaqda yardım edəcək”.
Xeberinfo.com:   “Report” xəbər verir ki, bunu “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlanma perspektivləri. Ermənistan və Azərbaycandan baxışlar” mövzusunda keçirilən konfransda ermənistanlı hüquq müdafiəçisi Vaan Martirosyan deyib.
“Ermənistan KİV-i burada danışdıqlarımız və müzakirə olunan məsələlər barədə həqiqəti yazmayacaq və ya onlar olanları Ermənistan hakimiyyətinin xeyrinə təhrif edəcəklər. Amma səfirliklər və Azərbaycan KİV nümayəndələrinin dəstəyi ilə burada müzakirə olunan məsələləri dünya ictimaiyyətinin diqqətinə çatdıra biləcəyik”, – deyə V.Martirosyan bildirib.
Onun sözlərinə görə, bu, Azərbaycanın müvafiq formatı dəstəkləyərək Ermənistanla barışıq üçün növbəti addımları atdığı ilk hal deyil.
“Ermənistanda hələ belə şey olmayıb. Hələlik orada güclə hakimiyyəti ələ keçirən, Xocalıda soyqırımı törədən və bu gün də öz xalqına qarşı soyqırımı həyata keçirən insanlar mövcuddur. Onlar Bakıda dövlət tərəfindən mühafizə olunan erməni kilsəsinin olduğunu əhalidən gizlədirlər”, – deyə hüquq müdafiəçisi vurğulayıb və bu gün Azərbaycanda 38 min erməninin yaşadığını sözlərinə əlavə edib.
V.Martirosyan Azərbaycanın müxtəlif rayonlarında müqəddəs erməni ziyarətgahlarının olduğunu və onların mühafizə edildiyini bildirib.
“Ermənistanda isə vəziyyət tamamilə bunun əksidir – məscidlər dağıdılır, Azərbaycanla bağlı tarix yenidən yazılır”, – deyə o qeyd edib.
O, həmçinin xatırladıb ki, erməni əsilli məşhur rusiyalı aktyor Armen Ciqarxanyanı Ermənistanda təkcə “azərbaycanlılar və ermənilər barışmalıdırlar” deməsinə görə xain adlandırıblar.
Onun sözlərinə görə, münaqişənin həlli yolları çoxdur, diplomatiya da onlardan biridir, amma yekunda münaqişəni ondan ən çox əziyyət çəkənlər həll edir və indiki halda bunlar Azərbaycan və Ermənistan xalqıdır.
“Əminəm ki, tezliklə addımlarımızın ilk nəticələrini görəcəyik. Ermənistanda Qarabağ müharibəsinin ailəsinə bir damla sevinc və xoşbəxtlik gətirdiyini deyən ağlı başında heç kimi tapa bilməzsiniz. Yalnız münaqişədən mənfəət əldə edənlər istisnadır. Onların sayı isə 500 nəfərdir. Məhz elə onlar da Haaqa tribunalına çıxarılmalı və insanlığa qarşı cinayətlərinə görə sorğulanmalıdır”, – deyə V.Martirosyan bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam