Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Qarabağda iki icmanın mövcudluğu mümkündür və zəruridir”

"Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Dağlıq Qarabağın azərbaycanlıları və erməniləri arasında dialoqun olması zəruridir".

Xeberinfo.com:   "Report" xəbər verir ki, bu barədə "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlanma perspektivləri. Ermənistan və Azərbaycandan baxışlar" mövzusunda keçirilən konfransda Milli Məclisin deputatı, Dağlıq Qarabağın Azərbaycan icmasının sədr müavini Rövşən Rzayev bildirib.

"Sülh üçün mübarizə aparanların sayı nə qədər çox olarsa, bir o qədər tez zamanda Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyəti dəyişə bilərik. Bu problemi bizə kənardan yaradıblar. Yaranmış vəziyyətdən çıxmaq üçün Dağlıq Qarabağın azərbaycanlıları və erməniləri arasında dialoqun olması zəruridir. Xalqlarımız arasında itirilmiş inamı bərpa edə bilərik. Bununla da münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində sülh yolu ilə həllinə töhvə vermiş olarıq. Qarabağda iki icmanın mövcudluğu mümkündür və zəruridir" - R.Rzayev vurğulayıb.

Onun sözlərinə görə, münaqişənin tezliklə həll edilməsi gələcək nəsillərə fayda verəcək.

O, Dağlıq Qarabağın işğal altında olması halında Ermənistanın hazırkı rəhbərliyinin ermənilərlə azərbaycanlıların birgə yaşayışının qeyri-mümkünlüyü haqqında danışmaq məcburiyyətində olduğunu vurğulayıb: "Azərbaycanda isə nə dövlət rəsmiləri, nə də adi insanlar arasında belə şəxs yoxdur."

Deputat kövrək sülhün xoş mübahisədən daha yaxşı olduğunu diqqətə çatdırıb.

"Biz - sadə insanlar kövrək sülhün böyük sülh sazişinə qədər böyüməsinə çalışmalıyıq", - R.Rzayev deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam