Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Vidadi Zeynalovu Müalicə Müəssisəsinə köçürürlər

big_1447423053_vidadi_zeynalov_01435

1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan, Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin (RYTN) həbsdə olan sabiq aparat rəhbəri Vidadi Zeynalovun səhhətində daha bir neçə xəstəlik aşkarlanıb.
Xeberinfo.com:  Bu barədə Trend-ə V.Zeynalovun vəkili Muğan Əliyev məlumat verib.

Vəkil bildirib ki, V.Zeynalov təcridxanada əsasən bel və omba ağrıları, fəqərə yırtığından əziyyət çəkirdi. Son vaxtlarda isə onda ürək döyüntüləri artıb və şəkər xəstəliyi aşkarlanıb. Hazırda V.Zeynalovun Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsi barədə hazırlıq görülür. Yaxın vaxtlarda o, müalicə müəssisəsinə köçürülə bilər.

Qeyd edək ki, ötən il noyabrın 16-da Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının RYTN-də apardıqları yoxlamalar nəticəsində nazirliyin sabiq Aparat rəhbəri Vidadi Zeynalov, “Aztelekom” MMC-nin baş direktoru Məhəmməd Məmmədov, qurumun sabiq baş mühasibi Oqtay Rüstəmov və bir neçə nəfər vəzifəli şəxs saxlanılmışdı.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam