Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Vidadi Zeynalovun vəziyyəti pisləşdi

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri, hazırda həbsdə olan Vidadi Zeynalovun səhhətində problem yaranıb.

Xeberinfo.com:   Trend-ə istinadən xəbərə görə, sabiq Aparat rəhbərinin səhhəti qəfil pisləşib. V.Zeynalovun ayaqlarının tutulduğu deyilir. O, hətta ötən həftə vəkili ilə görüşə gələ bilməyib.

V.Zeynalov 1 saylı Bakı İstintaq təcridxanasının tibb məntəqəsinin həkimləri tərəfindən nəzarətə götürülüb. Səhhətindəki problemə gəlincə, onun bel və onurğa nahiyələrində fəqərə yırtığı və kəskin radikulit xəstəliklərinin olduğu bildirilir.

Sabiq Aparat rəhbəri məsələ ilə bağlı həkim komissiyasının yaradılması və komissiyadan keçirilməsini tələb edib. Hələlik müraciətə müsbət cavab gəlməyib.

Qeyd edək ki, V.Zeynalov ötən ilin sonlarında həbs edilib. Səbail rayon məhkəməsinin qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. V.Zeynalov Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə; külli miqdarda törədildikdə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam