Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

"Yalan danışmaq əvəzinə qazın təzyiqini artırmaq lazımdır" - Deputatdan “Azəriqaz”a sərt reaksiya

 

cingiz qenizade

Xeberinfo.com:  Millət vəkili Çingiz Qənizadə paytaxtda qazın zəif təzyiqdə olması ilə bağlı “Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayevin “Qafqazinfo”ya verdiyi açıqlamaya sərt reaksiya verib.

Ç. Qənizadə bildirib ki, mətbuat xidmətinin rəhbərinin saytımıza verdiyi açıqlama ilə tanış olub və onun yerinə sadəcə utanıb: “Belə çıxır ki, sosial şəbəkədə deyilənlər, yazılanlar hamısı ağ yalandır. Bir neçə gündür ki, paytaxtın müxtəlif ərazilərində qazın olmaması ilə bağlı bizə də siqnallar daxil olur.

Eyni zamanda mənim yaşadığım ərazidə, yəni Binəqədi rayonu Koroğlu küçəsi ilə Üzeyir Hacıbəyov küçələrinin kəsişməsində olan yüzlərlə evdə qaz yoxdur. Bu problem son 3-5 günün problemi deyil. Artıq 15- 20 gündür ki, bu problemi yaşayırıq.

Maraqlı məqam isə ondan ibarətdir ki, ərazilərdə qaz idarələri ləğv edilib. Hamısı da hər hansı qaz istismar departamentinə birləşdirilib. Departament də şəhərin hansısa bir ərazisində yerləşir. Binəqədi üzrə biz sözümüzü deməyə adam tapa bilmirik. O departamentin yeri də məlum deyil. Osman adlı bir şəxs rəhbərlik edir. Telefon nömrəsini də tapa bilmirik. İnternetdə “Azəriqaz”ın əlaqə telefonları yoxdur. Bir dənə “Qaynar Xətt”in nömrəsi var. Onu da yığırıq, təbii ki heç kim cavab vermir.

Belə məqamda sadəcə İbrahim Kərbalayev kimi adamlar xalqa yalan danışmasınlar. Camaatın üzünə baxa-baxa qeyd edirlər ki, təlabata uyğun olaraq mavi yanacaq verirlər. Tamamilə yalandır. Elə qaz verirlər ki, çaynik 1 saata qaynayır. Yalan danışmaq əvəzinə qazın təzyiqini artırmaq lazımdır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam