Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

““SOCAR”da işə düzələrkən tanış, dost, dayı keçmir”

t yrxalik

SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov keçmiş futbolçu Maşallah Əhmədovun SOCAR-da işə düzəltmək adı ilə tanışından 20 min dollar pul almasına münasibət bildirib.

Xeberinfo.com:   X. Məmmədov qeyd edib ki, tanınmış futbolçu özünün cəmiyyətdəki etibarından istifadə edərək dələduzluq etmiş və 200 min manatdan çox başqasının pulunu mənimsəyib:

“Bəlkə də bu mənim diqqətimi o qədər də cəlb etməzdi, çünki belə dələduzluq faktlarına mətbuatda vaxtaşarı rast gəlmək olur. Burada mənim diqqətimi SOCAR-a işə adam düzəltmək bəhanəsi ilə özgəsinin 20 min manat pulunu da alıb, qocaman, hamının sevimlisi, futbol azarkeşi, heç kimə yox deməyi bacarmayan, karifeyimiz, akademikimizin yanına da aparmış və zərərçəkənin sənədlərini ona təqdim edib.

Tutaq ki alınsaydı və o adam işə götürülsəydi. Əslində mümkün olsaydı o, kişiyə heç kim imtina etməzdi. Bu indi qəti mümkün olmadığından, sistemin buna imkan vermədiyindən alınmamışdır. Nə olardı? Sevimli, təmiz, nümunəvi ağsaqqal bir insanın adına, nüfuzuna nə qədər kölgə salardı bu futbolçunun hərəkəti? Yazıqlar olsun. Allah qapısını açsın…amma…neyləmək olar?

Deyirik, yazırıq, dəfələrlə İnsan Resurslarının Departamentinin rəhbərliyinin bəyanatləri olub. SOCAR-a işə qəbul müsabiqə yolu ilə həyata keçirilir. Əsas meyar, bilikdir, səriştədir, bacarıqdır. Tanış, dost, dayı keçmir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam