Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

SOCAR-ın işçilərinin sayı açıqlandı

 

 

2017-ci ilin avqustun 1-nə olan məlumata görə, SOCAR-da 50,4 min nəfər işçi çalışır ki, onlardan 69%-i (34,9 min nəfər) fəhlə, 31%-i (rəhbər - 5,9 nəfər, mütəxəssis - 9,3 min, texniki icraçı - 0,3 nəfər) isə qulluqçulardır.

 

 

Yenixeber.org: Bu barədə SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov "İki sahil" qəzetinin xüsusi buraxılışında yer alan məqaləsində deyilir.

 

Onun sözlərinə görə, son 23 il ərzində işçilərin ümumi sayında ali təhsillilərin sayı 16%-dən 33%-ə qalxıb və 2017-ci ilin avqustun 1-nə kimi SOCAR ali təhsillilərin sayı 16,6 min nəfər təşkil olub. "29 yaşa qədər işçilər 9,9% (5 min nəfər, onlardan 4,5 min nəfəri kişi, 500 nəfəri qadın) təşkil edir. Şirkətin müəssisə və təşkilatlarında 260-dan çox elmlər və fəlsəfə doktoru çalışır", - deyə X. Məmmədov qeyd edib.

 

Vitse-prezident bildirib ki, 1995-ci ilin yanvarın 1-dək SOCAR-da 77 mindən çox işçi çalışıb, onların 72%-i fəhlə, 24%-i rəhbər işçi və mütəxəssislər idi. "Qeyd etmək lazımdır ki, xarici neft şirkətləri ilə aparılan layihələr ilə əlaqədar SOCAR-ın minlərlə təcrübəli mütəxəssis və fəhləsi fəaliyyətini davam etdirib", - deyə o əlavə edib.

 

"APA-Economics" 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam