Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Eldar Mahmudovun oğlunu polis saxladı - NARDARANDA

eldar-mahmudov-ve-oglu

 

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin keçmiş şefi Eldar Mahmudovla bağlı xəbərlərin ardı kəsilmir.

 

Xeberinfo.com:  Keçmiş nazir vəzifədən çıxarılandan sonra onun ailə üzvlərindən bəzilərinin xaricə qaçması haqda məlumatlar yayılmışdı. Belə ehtimallar vardı ki, qaçanlardan biri də keçmiş nazirin oğlu Anar Mahmudov olub. Bugünlərdə isə məlum oldu ki, ölkədən gedən Anar Mahmudovun həyat yoldaşı Aida Mahmudovadır. 
Beynəlxalq Bankın hazırda həbsdə olan sabiq prezidenti Cahangir Hacıyevin qızı olan A.Mahmudova indi Londondadır. O, orada anası Zamirə Hacıyevaya ilə birgə yaşayır. Hər iki xanım “Beynəlxalq Bank işi” üzrə dindirilməyə çağırılıb və istintaqa gəlməkdən imtina edib. Hacıyevlərin kürəkəni, Eldar Mahmudovun oğlu isə Azərbaycandadır. Onu bir neçə gün əvvəl Bakının Nardaran qəsəbəsində keçirilən reyd zamanı saxlayıblar.
Anar Mahmudov narazı halda reyddə iştirak edən polislərdən saxlanılmasının səbəbini soruşub. Ona bir daha reyd keçirildiyini bildirəndə isə polislərə irad tutub, özünün sıradan biri olmadığına işarə vurub. 33 bahalı maşına sahib olan, maşınlarının nömrə nişanları 009-la bitən A.Mahmudov polislərin onu tanımamasına etiraz edib. Onun sözlərindən belə çıxıb ki, polislər onu mütləq şəkildə tanımalı, reyd olsa belə saxlamalı deyilmişlər…
Polislər Nardarandakı reydlərin məlum əməliyyatların davamı olduğunu və ölkə rəhbərliyinin tapşırığı əsasında keçirildiyini Anar Mahmudova bildirəndən sonra keçmiş nazirin oğlu narazı halda maşına minərək yoluna davam edib.
Eldar Mahmudovun Nardaran qəsəbəsində dəbdəbəli imarəti var. Həmin imarət Eldar Mahmudov nazir olduğu dövrlərdə tez-tez kef məclislərinin keçirildiyi məkanlardan olub. Eldar Mahmudov vəzifədən çıxarılandan və Bilgəhdəki bağ evində nəzarət altına alındıqdan sonra Nardarandakı imarətində də kef məclislərinin arası kəsilib. Anar Mahmudov həmin imarətdə ara-sıra peyda olur. Bu məlumatlar A.Mahmudovun ölkədən çıxışına qadağa qoyulması haqda iddiaları da dolayısı ilə təsdiqləyir.
A.Mahmudov atasının nazirliyi dövründə “Caspian Crystal Holding”də birləşən ailə biznesini idarə edirdi. Bundan əlavə, yayılan məlumatda bildirilir ki, Eldar Mahmudovun oğlu Şamaxı rayonunda yüz hektarlarla torpaq sahəsini də ələ keçirib. Belə ki, Şamaxı bələdiyyəsinin mülkiyyətində olan 205 hektar torpaq sahəsi Anar Mahmudovun rəhbərlik etdiyi “Kometa-T” MMC şirkətinin adına rəsmiləşdirilib. Heç kimə sirr deyil ki, Eldar Mahmudov vəzifəsindən sui-istifadə edib, korrupsiya ilə məşğul olub, cinayətlər törədib və s. Bu da sirr deyil ki, Eldar Mahmudovun oğlu biznes imperiyasını atasının hesabına əldə edib. Məsələnin bu tərəfi də var ki, atasının hesabına milyonlar əldə edən, onu küçədə polisin mütləq şəkildə tanımalı olması düşüncəsi ilə yaşayan təkcə Anar Mahmudov deyil. Bu da başqa bir yazının mövzusudur.(Musavat.com)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam