Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Hacıbala Abutalıbovun son payızı

 Hacıbala Abutalıbovun son payızı

 

Kabinet məmuru obrazı yaraşmayan BŞİH rəhbərinin qəfil “görünməz” olmasının səbəbləri haqda ilginc iddialar var; səlahiyyətlərinin xeyli hissəsini itirən meri hökumət adamlarının sıyahısından çıxarıblar? 

 

 

Xeberinfo.com:  Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbov son aylar yalnız rəsmi tədbirlərdə və Azərbaycana gələn yüksək vəzifəli xarici qonaqlarla ara-sıra birgə görünür.
 
Adətən Bakının payız və qış problemləri ortaya çıxanda qollarını çırmalayıb küçələrə çıxan Bakı “qradonaçalnik”i efirdən də uzaq düşüb. Son günlər aramsız yağan yağışlar paytaxtda ciddi problemlər yaradanda da Abutalıbov nə küçələrə çıxdı, nə efirə...Dövlət Müstəqilliyi günü ilə bağlı Heydər Əliyev Mərkəzində oktyabrın 17-də keçirilən tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə yanaşı əyləşmiş Bakı meri xeyli fikirli görünüb. 
 
Kabinet məmuru obrazı yaraşmayan Abutalıbovun qəfil belə “görünməz” olmasının səbəbləri haqda ilginc iddialar var. Məlumata görə, iş gününü də daha çox  meriyadakı kabinetində keçirən Abutalıbov demək olar ki, şəhərə çıxmır, yalnız iclas olduqda yaxınlıqdakı Prezident Administrasiyasına gedir. Hər ay iki dəfə (cümə günləri) olan qəbul günlərində də onu müavinləri və ya idarə rəhbərlərinin əvəz etdiyi deyilir. Bu isə Abutalıbovun Bakının idarəçilik sistemində kənarlaşdırılması barədə ehtimallara rəvac verib. İddialar var ki, Abutalıbovu AzTV-yə növbə ilə çağırılan “Günün nəbzi” proqramında da hökumət adamlarının sıyahısından çıxarıblar.        
Image result for Yağışdan sonra Bakı
               
Bu ilin may ayının 13-də 72 yaşı tamam olan Abutalıb  icra başçıları arasında ən yaşlılardan biridir. 15 ildir ki, Bakıya rəhbərlik edən Abutalıbovun vəzifəsindən daha “ikiəlli yapışmağının” faydası olmadığı və səlahiyyətlərinin ən gəlirli hissəsindən məhrum edilməsi ilə barışdığı deyilir. 
 
Image result for Yağışdan sonra Bakı
Məlumdur ki, Bakı şəhəri üzrə parkinqlərə və duracaq yerlərinin təşkili üçün parkomatlara nəzarət BŞİH-dən alınaraq yeni yaradılan Bakı Nəqliyyat Agentliyinə həvalə olunur. Paytaxtda avtobus marşrutlarını müəyyən etmək, duracaqlar yaratmaq, taksi fəaliyyəti ilə bağlı məsələlər də BŞİH səlahiyyətlərindən çıxarılır. Milli Məclis isə ötən gün mediada “Abutalılbovun biznesi” adlandırılan uşaq bağçalarının özəlləşdirilməsi məsələsini gündəmə gətirib. Milli Məclisin Elm və təhsil komitəsinin iclasında bağçaların özəlləşdirilməsin nəzərdə tutan “Məktəbəqədər təhsil haqqında” Qanun layihəsini müzakirəyə  göndərib. 
Image result for BŞİH
2011-ci ildən BŞİH-in səlahiyyətlərinə verilən bağçalardakı rüşvətxorluq və özbaşınalıq halları haqda dəfələrlə yazılıb. Bağçaların özəlləşdirilməsi Abutalıbovun daha bir gəlirli sahəyə nəzarəti itirməsi  demək olacaq.  Qeyd edək ki, tikinti ilə bağlı sənədləşmənin sadələşdirilməsi ilə bağlı prezidentin imzaladığı son bir neçə sərəncamlar da Abutalıbovun “əl-ayağını” xeyli toparlayıb. Bakı meri indi tikintidə də əvvəlki hökmranlığı qalmayıb.   
Image result for Hacıbala
         
Ehtimal etmək olar ki, Abutalıbov mer kreslosunda son payızını yaşayır və yaxın aylarda onun şəhər təsərrüfatı idarəçiliyindən birdəfəlik ayrılacağını gözləmək lazımdır.  
 
“YM”

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam