Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

““Dostluq parkı”ndakı villaların hamısı sökülüb”

 

“Prezident göstəriş verdi, biz də o villaların hamısını sökdük”

 

"Xeberinfo.com":   Məlumata görə, bunu Modern.az saytına Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bildirib.
Bakı meri deyib ki, söküntülərin yerində əvvəllərdə olduğu kimi yaşıllıq salınıb:
“Prezident göstəriş verdi, villalar söküldü. Yerində yaşıllıq salınıb və bu işlər davam etdirilir. Əminəm ki, insanların rahat istirahət edə biləcəyi bir park yaradılmasına nail olacağıq”.
Hacıbala Abutalıbov qarşıya qoyulan vəzifələrin hamısının yerinə yetirildiyini vurğulayıb: “Hər şey plana uyğun reallaşmaqdadır. Bundan sonra da işləri davam etdirəcəyik”.
Prezident İlham Əliyev Avropa Oyunları zamanı paytaxtda velosiped yarışlarının keçiriləcəyi məkanın ətrafında, Səbail rayonundakı “Dostluq” parkı ərazisində tikilən qanunsuz villaların sökülməsi ilə bağlı göstəriş vermişdi. Göstərişdən sonra villaların söküntüsünə start verilsə də, sahiblərin kimliyi barədə hələ də məlumat verilmir. O zaman Modern.az-a açıqlama verən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov sənədlərdə villaların sahibi olaraq ayrı-ayrı adamların adlarının qeyd olunduğunu, amma bu günə qədər nə sənəd sahibləri, nə də onların arxasında duran şəxslərin üzə çıxdığını bildirib.
H.Abutalıbov həmin ərazidə 40-dan çox villanın söküldüyünü bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam