Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Dərmanların içlik vərəqəsinin Azərbaycan dilində olması zəruridir”

Sehiyye_Nazirliyi

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi ölkəmizdə dərmanların istifadə təlimatının Azərbaycan dilində olması haqqında aidiyyəti müəssisələrə xəbərdarlıq edib.

Xeberinfo.com:   Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, istifadə təlimatı istehlakçının dərman vasitəsindən düzgün istifadə etməsi üçün zəruri məlumatları özündə əks etdirən mühüm vasitədir. Dərmanların istifadə təlimatlarının əhali üçün anlaşılan və sadə dildə olması zəruridir. Bunları nəzərə alaraq, Analitik Ekspertiza Mərkəzinin rəhbərliyi və məsul şəxsləri dəfələrlə əlaqədar dövlət qurumlarına, əczaçılıq topdan və pərakəndə satış müəssisələrinə, dərman vasitələri istehsalçılarının nümayəndəliklərinə xəbərdarlıq edib.

Xəbərdarlıq yalnız təşkil edilmiş iclaslarda şifahi şəkildə deyil, eləcə də mərkəzin rəsmi saytında yerləşdirilıb. Daha sonra ayrı-ayrılıqda bir çox topdansatış əczaçılıq müəssisəsi və dərman vasitələri istehsalçılarının rəsmi nümayəndəliklərinə göndərilib.

Əhalinin keyfiyyətli, effektiv və səmərəli dərman vasitələri ilə təminatına nəzarət məqsədilə Analitik Ekspertiza Mərkəzi respublikaya idxal olunan dərman vasitələrinin istifadə təlimatının (içlik vərəqəsi) Azərbaycan dilində olmasını tələb edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam