Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Apteklərdə dərmanların satışına dair tələblər müəyyənləşib

Apteklərdə dərmanların satışına dair tələblər müəyyənləşib

 

 

Səhiyyə Nazirliyinin Kollegiyası “Əczaçılıq fəaliyyətini tənzimləyən bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” qərar qəbul edib

 

Yenixeber.org: Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qərara əsasən, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”, “Dərman vasitələrinin topdansatışına dair tələblər”, “Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması Qaydaları” təsdiq edilib.

“Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”ə əsasən, dərman vasitələrinin istehsalına dair tələblərin sistemi bir sıra struktur elementlərindən ibarətdir. Bu sıraya əczaçılıq keyfiyyət sistemi, işçi heyət barədə tələblər, sahələr və avadanlıqlar, sənədləşmə, istehsal, keyfiyyətin yoxlanılması, müəssisədən kənar fəaliyyətlər (autsorsinq), şikayətlər, keyfiyyətə dair qüsurlar, məhsulun geri çağırılması və özünütəftiş daxildir.

“Dərman vasitələrinin topdansatışına dair tələblər”ə (Etibarlı Distribüter Təcrübəsi – EDT) əsasən, topdansatış müəssisələri dərman vasitələrinin alınmasını, saxlanmasını və satışını həyata keçirərkən dövlət standartlarına, sanitariya, baytarlıq, yanğın əlеyhinə, əməyin mühafizəsi və təhlükəsizlik tехnikası qaydalarına və digər nоrmativ sənədlərə riayət etməlidirlər. Həmçinin, tоpdansatış müəssisəsi dərman vasitələrinin saхlanma standartlarının tələblərini təmin еdən, saxlanılan dərman vasitələrinin həcminə uyğun yеrlərə, avadanlığa, invеntara və tоpdansatış üçün lazımi şəraitə malik оlmalıdır. Topdansatış müəssisəsi “Lisenziyalar və icazələr haqqında” qanuna uyğun olaraq lisenziya ilə təmin olunmalıdır.

Topdansatış müəssisələri onların fəaliyyətinə aid məsuliyyətlər, proseslər və riskin idarə olunması prinsiplərini təmin edən keyfiyyətin idarə olunması sisteminə malik olmalıdırlar. Bunun üçün topdansatış əczaçılıq müəssisəsində lazımi Standart Əməliyyat Prosedurları (SƏP) hazırlanmalıdır. Keyfiyyətin idarə olunması sisteminin təşkili müəssisənin rəhbərliyinin məsuliyyətidir və onların aktiv iştirakını tələb edir.

“Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydaları”na (Etibarlı Aptek Təcrübəsi) əsasən, aptek Səhiyyə Nazirliyinin təsdiq etdiyi nümunəyə uyğun tanıtma lövhəsi ilə təmin olunmalıdır, aptekdə çalışan mütəxəssislər əczaçılıq fəaliyyəti üzrə mövcud tələbləri bilməli, eyni zamanda, fəaliyyətlərini əhaliyə xidmətin göstərilməsi keyfiyyətinin yüksəldilməsinə və bununla da əhali arasında əczaçılıq peşəsinin nüfuzunun daim yüksəldilməsinə yönəltməlidirlər. Eyni zamanda, aptеkdə Аzərbаycаn qаnunvеriciliyi ilə müəyyən еdilmiş sanitar-еpidemiоloji və yanğın əlеyhinə nоrmаtivlərə əsaslanmalı, əməyin mühafizəsi və təhlükəsizlik tехnikası qaydalarınа riayət оlunmalıdır. 

Аptеkdə “Dərman vasitələri haqqında” qanunun 13.3-cü maddəsinə əsasən dərman vasitələri, optik ləvazimatlar, ətriyyat-kosmetika, uşaq yeməkləri, müalicəvi mineral sular, bioloji fəallığa malik qida əlavələri və şəxsi sanitariya-gigiyena mallarından başqa digər malların sахlаnılması və satışı qadağandır. “Dərman vasitələri haqqında” qanunun 4.8-ci maddəsinə əsasən, normativ hüquqi aktların, o cümlədən texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən, keyfiyyətsiz, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş dərman vasitələrinin satışı, satış məqsədilə saxlanması və ya idxalı qadağandır. 

Tələblərə əsasən, dövlət mülkiyyətində olan və ya lisenziya əsasında əczaçılıq fəaliyyəti göstərən aptek bu tələblərə cavab vermədikdə Səhiyyə Nazirliyi tərəfindən aptekin lisenziyasının fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi ilə bağlı “Lisenziyalar və icazələr haqqında” qanunda nəzərdə tutulan tədbirlər görülür. Tələblərdə digər məqamlara toxunulur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam