Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

"MSK referenduma tam hazırdır"


 

Mərkəzi Seçki Komissiyası (MSK) sentyabrın 26-na təyin edilən referendumun yüksək səviyyədə hazırlanıb keçirilməsi üçün bütün lazımi işləri vaxtında həyata keçirib.

Xeberinfo.com:  Bunu MSK sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Komissiya sədri bildirib ki, MSK referendumun keçirilməsi üçün müəyyən edilən 60 gündən çox səmərəli istifadə edib və bir sıra işlər vaxtından əvvəl həyata keçirilib. 

M.Pənahov vurğulayıb ki, seçicilər də referendum barəsində ətraflı məlumatlandırılıb: “Həm dairə, həm də məntəqə seçki komissiyalarının sədrləri və üzvləri də maarifləndirilib və onlar öz işlərinə məsuliyyətlə yanaşır”.

MSK sədri bildirib ki, bütün dairələr texniki vasitələrlə təmin edilib ki, məlumatlar dərhal MSK-ya daxil olsun: “Bunun üçün kompüter mütəxəsislərinə xüsusi təlim keçirilib. Seçkilərin Seçki Məcəlləsinə uyğun həyata keçirilməsi üçün digər dövlət qurumları, o cümlədən polis orqanlarının, Pentensiar Xidmətin, Ombudsman Aparatının, Səhiyyə Nazirliyinin, kütləvi informasiya vasitələrinin əməkdaşları üçün də bu istiqamətdə təlimlər keçirilib. Hesab edirəm ki, sabah səsvermədə heç bir problem yaranmayacaq”.

M.Pənahov bildirib ki, hazırda xaricdə olan seçicilərin səsverməsi üçün müvafiq şərait yaradılıb, xaricdə olan səfirlik və konsulluqlarda seçki məntəqələri yaradılıb.

M.Pənahov əlavə edib ki, referendumu izləmək üçün bu günə qədər 117 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında akkreditasiyadan keçib.

M.Pənahov qeyd edib ki, bunlar təxminən 35 ölkənin, Avropa Şurası Parlament Assambleyası da daxil olmaqla müxtəlif beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilərdir: “Müşahidə aparmaq istəyən ölkə vətəndaşlarının sayı da kifayət qədər geniş çeşidlidir. Bura həm siyasi partiyaların nümayəndələri, öz təşəbbüsü ilə müşahidə aparmaq istəyən vətəndaşlar, həmçinin qeydə alınmış təşviqat qrupunun nümayəndələri daxildir. Ümumilikdə müşahidəçilərin sayı 53 mindən artıqdır. Müşahidə aparmaq üçün müraciət edən heç kimə imtina cavabı verilməyib”.

M.Pənahov əlavə edib ki, 16 ölkədən kütləvi informasiya vasitələrinin nümayəndələri də sabah referendumu izləyəcək. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam