Redaktor seçimi
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
Günün xəbəri

Gözdən əlil vətəndaşlar prezident seçkilərində necə səs verəcək?

Gözdən əlil vətəndaşlar prezident seçkilərində necə səs verəcək?

 

Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar hər bir məntəqə seçki komissiyası Brayl əlifbası ilə yazılmış trafaret forması ilə təmin olunacaq

 

Yenixeber.org: Mərkəzi Seçki Komissiyasının (MSK) Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Seçki-2018" Müstəqil Media Mərkəzinə bildirilib ki, gözdən əlil olan səsvermə hüquqlu vətəndaşlar onlar üçün hazırlanmış xüsusi trafaretlərdən istifadə etməklə seçki günü sərbəst şəkildə istədikləri namizədə səs verəcəklər.

Hərəkət qabiliyyətində məhdudiyyətlər olan seçicilərin sərbəst şəkildə seçki məntəqəsinə gələrək səs vermələri üçün isə daşına bilən panduslardan istifadə olunacaq. Respublika üzrə aparılan araşdırmalar nəticəsində 1455 məntəqədə hərəkət qabiliyyətində məhdudiyyətlər olan seçicilərin olduğu müəyyən edilib, həmin məntəqələrdə hərəkət qabiliyyəti məhdud olan seçicilərin maneəsiz hərəkəti üçün şərait yaradılıb və mobil panduslar quraşdırılıb. Beləliklə, bütün seçki məntəqələri bu qəbildən olan seçicilər üçün əlverişli hala gətirilib. Həmin panduslar əlil arabasından istifadə etməklə hərəkət edən şəxslərin də sərbəst şəkildə məntəqəyə gələrək səs verməsinə imkan yaradacaq.

Ümumiyyətlə, Seçki Məcəlləsinin tələbinə əsasən, Azərbaycanda keçirilən seçkilərdə seçki günü səhhətinə görə seçki məntəqəsinə gəlmək imkanı olmayan seçicilərin hər zaman daşınan seçki qutuları vasitəsilə yaşadıqları evdə səs verməsi təmin olunub. Panduslardan istifadə edilməsi onların cəmiyyətə inteqrasiyasına, digər seçicilər kimi sərbəst şəkildə seçki məntəqələrinə gələrək səs vermələrinə imkan verəcək.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam