Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Çovdarov məhkəmədə öz nazirinin əleyhinə danışacaqmı? – Eldar Mahmudova ismarıc

250274c2218acd9c67e0f7d41706d389

“O adam elə adam deyil ki, onu bir balaca sındıran kimi, kiminsə üstünə nəsə atsın”

“Akif Çovdarov bu günə qədər öz nazirinə qarşı heç bir söz deməyib və o, ümumiyyətlə Eldar Mahmudovu heç bir əməldə ittiham edən deyil”.
Xeberinfo.com:   Bu sözləri Lent.az-a açıqlamasında Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov vəkili Kamandar Nəsibov deyib. Vəkil həbsdə olan general Akif Çovdarovun məhkəmə dövründə sabiq MTN naziri Eldar Mahmudovla bağlı hansısa açıqlama verib-verməyəcəyi və ya sabiq naziri şahid qismində məhkəməyə dəvət edib-etməyəcəyi barədə suala cavab verib.

K.Nəsibov bildirib ki, A.Çovdarovun bu günə qədər də öz nazirinə hörməti böyükdür və bu hörmət həmişə qalacaq: “O adam elə adam deyil ki, onu bir balaca sındıran kimi, kiminsə üstünə nəsə atsın. Akif Çovdarovun Eldar Mahmudovun əleyhinə deyəsi ümumiyyətlə heç bir məsələ yoxdur. Akif Çovdarov deyir ki, əgər o, hansısa qanunsuzluq edibsə, bunun cavabını özü verəcək, yox əgər onun boynuna hansısa cinayəti qoymaq istəyirlərsə, məhkəmədə buna da aydınlıq gətirəcək”.

Vəkil Akif Çovdarovun həbsindən sonra Eldar Mahmudovla hər hansı bir formada əlaqə yaradıb-yaratmadığı barədə isə bildirib ki, belə bir əlaqə olmayıb və buna ümumiyyətlə ehtiyac da yaranmayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam