Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Evi və maşını yandırılan jurnalistin cinayət işindən xəbər yoxdur

AsifAzərbaycan KİV-lərində yayılan məlumatlardan və Daxili İşlər Nazirliyinin, FHN-nin rəsmi açıqlamalarından məlum olduğu kimi, 2016-cı ilin martın 14-də, gecə saat 02:50 radələrində naməlum şəxslər «Təzadlar» qəzetinin baş redaktoru Asif Mərzilinin yaşadığı mənzilini benzin tökərək yandırmışlar.

Xeberinfo.com:  Fakt üzrə Xətai RPİ-nin istintaq şöbəsində cinayət işi başlanılmış, 2016-cı ilin martın 15-də həmin cinayət işi Xətai RPİ-nin ictintaq şöbəsindən alınaraq Bakı şəhər Baş Polis İdarəsinin İstintaq İdarəsində xüsusilə mühüm işlər müstəntiqi, polis polkovnik-leytenantı Nizami Əbilovun icraatına verilmişdir. Həmçinin jurnalist zərərçəkmiş kimi tanınmışdır. O da bəllidir ki, bu cinayət işi həm daxili işlər naziri Ramil Usubovun, həm də Baş Prokuror Zakir Qaralovun şəxsi nəzarətindədir. Lakin həmin cinayət hadisəsinin baş verməsindən 6 ay keçsə də, təəssüflər olsun ki, hələ də hüquq mühafizə orqanları jurnalistin mənzilini yandıranların və bu cinayət işinin sifarişçisinin kimliyinə aydınlıq gətirə bilməmişdir.
Bu azmış kimi, görünür, istintaqın «lazımi səviyyədə» getmədiyindən həvəsə gələn cinayətkarlar 9 iyul 2016-cı ildə, yenə də eyni üsulla jurnalistə məxsus şəxsi avtomobili yaşadığı mənzilin qarşısında, paytaxtın mərkəzində benzin tökərək yandırmışlar. Jurnalistin özünün və ailə üzvlərinin həyatına sui-qəsd edilməsinə hesablanmış bu sifarişli və ağır cinayət hadisəsinin materialları birləşdirilərək hazırda Bakı şəhər Baş Polis İdarəsinin İstintaq İdarəsində istintaq olunur. Doğrudanmı ən qəliz, səsli-küylü cinayətlərin üstünü isti izlə açan Azərbaycanın hüquq mühafizə orqanları iki dəfə təkrarlanan və jurnalistin peşə fəaliyyəti ilə birbaşa bağlı bu sifarişli cinayətlərin üstünü açmaqda acizdirlər?
Xatırladırıq ki, jurnalist Asif Mərzilinin hələ 2009-cu ildə keçmiş ABU rektorunun şikayəti əsasında məhkəmə hökmü ilə həbs edilməsi dövlət başçısı İlham Əliyevin sərt reaksiyası ilə qarşılanmışdı və o, iki gün sonra Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə həbsdən azad edilmişdi. Bəs indi nə baş verir? Bildiyimizə görə jurnalistin mənzilinin və şəxsi avtomobilinin eyni üsul və vasitələrlə yandırılması cinayətinin üstünün dərhal açılması üçün bütün zəruri maddi sübutlar mövcuddur. Elə isə bu sifarişli cinayət niyə hələ də açılmaz kimi görünür? Məlum məsələdir ki, xüsusən də jurnalistlərə qarşı belə sifarişli cinayətlərin arxasından adətən vəzifəli, imkanlı, arxalı adamlar çıxır. Bəs bu cinayətin açılmasına hansı səbəb mane olur? Yaxud, istintaqın bu səviyyədə qalmasının səbəbi nədir?
Bu və ya digər suallara cavab almaq üçün həmin cinayət işini istintaq edən Bakı şəhər Baş Polis İdarəsi İstintaq İdarəsinin xüsusilə mühüm işlər müstəntiqi, polis polkovnik-leytenantı Nizami Əbilovun 590-68-47 saylı iş telefonuna zəng etsək də zəngimizə cavab verən olmadı. Zərərçəkən jurnalist Asif Mərzili isə istintaq getdiyini bildirərək əlavə məlumat verə bilmədiyini söylədi.
Qarşıdan hakimiyyətin mövcud Konstitusiyamıza dəyişikliklərlə bağlı 26 sentyabr Referendumu gəlir. Jurnalist də vətəndaşdır və ölkənin Prezidenti, dövlət qurumları jurnalist-vətəndaşın təhlükəsizliyinə və hüquqlarının qorunmasına təminatçıdır. Lakin 6 aydır ki, jurnalistə qarşı törədilmiş iki eyni siyfarişli cinayət hadisəsinin istintaqının nəticəsizliyi bu təminatı şübhə altına almırmı?(Azadliq.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam