Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Beynəlxalq təşkilatlardan baş redaktorun evinin yandırımasına reaksiya

ramil

 

“Bu cinayət işi ölkənin daxili işlər naziri Ramil Usubovun, Baş Prokuror Zakir Qaralovun şəxsi nəzarətindədirsə, bəs niyə tezliklə də açılmasın?!»

Asif Mərzili: «İstintaqa hüquqi yardım təklifi var, amma mən istəyirəm ki, bu cinayətin üstünü məhz öz ölkəmin istintaqçıları açsın…»
Yenixeber.org:  Artıq 1 il 2 ay 12 gündür ki, Bakının düz mərkəzində “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzilinin evinin və şəxsi avtomobilinin benzin tökülərək yandırılması ilə bağlı başlanmış cinayət işinin istintaqı hələ də davam edir.
Xatırladırıq ki, 2016-cı ilin martın 14-də, gecə saat 02:50 radələrində əvvəlcə jurnalistin mənzili, 9 iyul 2016-cı il tarixdə yenə də eyni vaxtda onun şəxsi avtomobili, özü də məhz yandırılmış mənzilinin pəncərəsi qarşısında eyni üsulla od vurularaq yandırılmışdır. Hər iki fakt üzrə Bakı şəhər Baş Polis İdarəsinin İstintaq İdarəsində 160110484 saylı cinayət işi başlanılmışdır. İstintaq materialları Bakı şəhər Baş Polis İdarəsin İstintaq İdarəsinin xüsusilə mühüm işlər müstəntiqi Nizami Əbilovun icraatındadır.
Bəs ölkə rəhbərliyinin, Beynəlxalq Jurnalist və İnsan haqları üzrə təşkilatların diqqətində, eləcə də daxil işlər naziri cənab Ramil Usubovun, Baş Prokuror cənab Zakir Qaralovun, həmçinin Bakı şəhər Baş Polis İdarəsi və Bakı şəhər Prokurorluğu rəhbərliyinin nəzarətində olan cinayət işinin istintaqı niyə bu qədər uzandı, nə üçün bu cinayətin sifarişçiləri və icraçıları qanun qarşısında hələ də cavab verməyiblər?
Baş vermiş cinayət işinin istintaqı ilə bağlı ötən müddət ərzində nə kimi yeniliklər olub, yaxud istintaqın bu qədər uzanması nə ilə bağlıdır? Axı söhbət təkcə peşə fəaliyyəti ilə bağlı bir jurnalistin başına gələn hadisələrdən getmir. Məsələ ondadır ki, belə cinayət hadisələrinin açılmaması peşəkar mediada çalışan digər jurnalistləri də ciddi narahat edir, istər-istəməz gələcəkdə müstəqil jurnalist araşdırmasında və peşə müstəqilliyində jurnalistin qarşısında bir qorxu səddi yaradır.
Pravdainfo.org-un əməkdaşı olaraq bu və ya digər suallarla jurnalist Asif Mərziliyə müraciət etdik. O, bəzi suallarımıza istintaq sirri olduğundan ətraflı cavab vermək iqtidarında olmadığını bildirsə də, lakin bir neçə məqamı diqqətə çatdırdı. Məlum oldu ki, Baş redaktora Beynəlxalq təşkilatlardan da hüquqi yardım göstərilməsi təklifi gəlib, lakin o, hələlik bu yardımdan imtina edib: “Mətbuatda getmiş məlumatlardan bilirsiniz ki, hər iki hadisə 2016-cı ildə baş verib, biri martın 14-də, digəri iyulun 9-da. 2016-cı ilin təxminən yay aylarında cənab nazir Ramil Usubov məni qəbul etdi, sonra dəfələrlə Bakı şəhər Prokurorluğunda, Bakı şəhər Baş Polis İdarəsində ən yüksək səviyyədə qəbul ediblər, bu cinayət işinin istintaqını Baş Prokuror cənab Zakir Qaralov şəxsi nəzarətində saxlayıb. Bu qeyri-adi cinayət işidir və məsələ ondadır ki, eyni motivli cinayətin, özü də jurnalistin peşə fəaliyyəti ilə bağlı olaraq 2-ci dəfə təkrar baş verməsi artıq o deməkdir ki, sifarişçi mənə yox, Azərbaycanın hüquq mühafizə orqanlarına, açıq desəm, meydan oxuyur. Onlar nə demək istəyirlər? Bəlkə demək istəyirlər ki, biz istədiyimizi edə bilərik?! Bu isə cəmiyyətdə qorxu hissi aşılayan haldır. Vətəndaş da düşünür ki, əgər öz hüquqlarını qoruya biləcək bir jurnalistə qarşı belə dəhşşətli hadisə baş verirsə, deməli, bu cinayətlərin adi vətəndaşın başına gətirilməsi adi haldır…».

zakir

«Bu cinayət işi ölkənin daxili işlər naziri Ramil Usubovun, Baş Prokuror Zakir Qaralovun şəxsi nəzarətindədirsə, bəs niyə tezliklə də açılmasın?!»

Baş redaktor bu cinayət hadisələrinin qəzetin fəaliyyətinə də olduqca pis təsir etdiyini bildirdi: «Həmin hadisələrdən sonra redaksiyanın fəaliyyətində olduqca ciddi problemlər yaranıb… Düzdür, biz bunu cəmiyyətə hiss etdirməməyə çalışırıq, lakin vəziyyət olduqca pisdir, əməkdaşlarımız əvvəlki kimi prninsipial olmaqdan çəkinirlər, ciddi tənqidi yazıları bəzən tərəddüdərlə yazırlar, mən bunu etiraf edirəm. Bunlar kənar redaksiyalara da belə pis təsir edir. Az qala hər gün qarşılaşdığımız həmkarlarımız istintaqın vəziyyətini soruşurlar… Halbuki ilk gündən şübhəli şəxslərin və bu cinayətin sifarişçilərinin kimliyi barədə bütün lazımi məlumatları, sübutları və s. təqdim etmişik, istintaq da bu qənaətə gəlib ki, bəli, baş verənlər sırf peşə fəaliyyəti ilə bağlıdır, cinayətin sifarişçiləri isə… Və bircə məqamı deyim ki, cənab Prezident İlham Əliyev ötən müddətdə nəinki «Jurnalistlərin dostu» elan olunubdur, Prezident bu gün də jurnalistlərin dostu olduğunu peşəkar mediaya diqqət və qayğısı ilə bir daha sübut etməkdədir… Biz bunu yüksək qiymətləndiririk. Lakin bütün bunların fonunda jurnalistin yaşadığı evinin və şəxsi avtomobilinin, özü də paytaxtın mərkəzində, benzin tökülərək yandırılması cinayətinin 1 ildən çox müddətdə üstünün açılmaması başadüşüləndirmi? Prezident bir tərəfdən jurnalistlərə ev verir, digər tərəfdən isə cinayətkarlar jurnalistin evini yandırır… Bunu necə anlayaq? Odur ki, istintaq orqanları bu cinayət işinin açılmasını uzatmamalıdır…».
Həmsöhbətimiz beynəlxalq qurumların da bu məsələdə diqqət göstərdiyini söylədi: «…Hadisə baş verəndə dərhal sonra Beynəlxalq jurnalist və insan haqları təşkilatlarından reaksiya oldu, indi də istintaqın gedişi ilə maraqlanırlar. Amma mən deyirəm ki, istintaq gedir, yəqin tezliklə açılar… Mənə bu işdə hüquqi yardım da təklif olunur, lakin mən bildirmişəm ki, hələlik buna ehtiyac görmürəm, çünki Azərbaycanda peşəkar istintaqçılar var, ikincisi də, bu cinayət işi ölkənin daxili işlər naziri cənab Ramil Usubovun, Baş Prokuror cənab Zakir Qaralovun şəxsi nəzarətindədirsə, bəs niyə də açılmasın?! Amma faktdır ki, istintaq bu qədər maddi sübutlar olduğu halda, 1 ildən çoxdur uzanır… Bilmirəm, bəlkə kimlərsə istəyir ki, bu məsələyə ya cənab Prezident reaksiya versin, ya da cinayətkarlar 3-cü daha dəhşətli hadisəni törətsinlər?! Hansı ki, artıq bunu deməyə məcburam, mənim özümün benzin tökülərək yandırılacağım barədə hədə dolu məktub almışam. Hesab edirəm ki, bu hədə artıq DİN-ə və Baş Prokurorluğa yönəlib… Odur ki, bir daha cənab daxili işlər naziri, çox hörmətli nazir Ramil Usubova, Baş Prokuror cənab Zakir Qaralova müraciət edirəm ki, ya bu cinayət işi ən qısa vaxtda açılıb müvafiq qərar qəbul edilsin, ya da bu istintaqı dayandırsınlar, biz jurnalistlər özümüz-özümüzü müdafiə yolu tutaq… Təsəvvür edirsinizmi, şübhəli şəxslərin heç biri nə düz-əməlli dindirilib, nə də bu günə kimi saxlanılıbdır. Bun ə deməkdir?».
Jurnalist ona vurulmuş külli miqdarda maddi ziyanın bu günə kimi ödənilməməsinə dair sualımızı cavalandırdı: «Prosessual qanunvericiliyin tələblərinə görə, yalnız istintaq başa çatandan sonra vurulmuş maddi zianın ödənilməsi barədə məhkəmə qərarı verilir… Amma mən 1 ildən çoxdur şəxsi avtomobilimdən istifadə etməkdən məhrumam. Mülkiyyət hüququm hər iki halda pozulub. Evim də bu sırada… Yaxşı, mən oturub daha neçə il gözləyim ki, istintaq bu işi yekunlaşdırsın, məhkəmə də qərar versin?! Məsələ bu yerdədir…».


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam