Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Bələdiyyə sədrinin başı dərddə

Masazır bələdiyyəsinin sədri Siyanfər Əliyevin də başı dərddədir….

 

Bələdiyyə sədri Baş Prokurorluqda ifadə verdi – Akif Çovdarova görə…

Xeberinfo.com:   Masazır bələdiyyəsinin sədri, adı hər zaman ölkə mətbuatında müxtəlif qalmaqallarda hallanan Siyanfər Əliyev bu günlərdə Baş Prokurorluqda Akif Çovdarov məsələsi ilə bağlı ifadə verib. Bu barədə saytımızı özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, S.Əliyevin Baş Prokurorluğa çağırılmasına səbəb A.Çovdarov tərəfindən torpaqlarına əl qoyulan sahibakarlardan birinin Zakir Qaralova ünvanladığı müraciət olub. Belə ki, müraciətində A.Çovdarovun zor gücünə hektarlarla torpağını ələ keçirdiyini bildirən sahibkarın şikayəti Baş Prokurorluqda aparşdırılmağa götürülüb. Məhz araşdırma çərçivəsində bəlli olub ki, A.Çovdarovun sahibkara məxsus torpaqlara əl qoyması heç də təsadüfi olmayıb. Bələdiyyə sədri S.Əliyev də sahibkara məxsus torpaqların sabiq MTN generalı tərəfindən zorla ələ keçirilməsi haqqında məlumatlı olub. Onun bu prosesdə iştirakçılığı ehtimalı da yüksək hesab edilir.
Mənbənin sözlərinə görə, S.Əliyev Baş Prokurorluğa verdiyi ilkin ifadəsində A.Çovdarovla yaxınlığını inkar etsə də, bələdiyyə sədri əleyhinə çoxsaylı faktların mövcudluğu ehtimal edilir.(Rublika) İndiki halda isə S.Əliyevin taleyi sahibkarın bələdiyyə sədri ilə bağlı Baş Prokurorluğa verdiyi ifadədən asılı olacaq. Əgər sahibkar A.Çovdarovun onun torpaqlarına əl qoyması prosesində S.Əliyevin hər hansı şəkildə iştirakını iddia edərsə, bu, bələdiyyə sədrinin azadlığının təhlükə altına düşməsi anlamını daşıyacaq. Onu da bildirək ki, “MTN işi”nin ilk günlərində, A.Çovdarovun Masazırdakı torpaqları ilə bağlı qalmaqalda bələdiyyə sədri S.Əliyevin adı hallanmışdı. O zaman Siyanfər Əliyev məsələ ilə bağlı açıqlama verərək bildirmişdi ki, “Akif Çovdarova aid istixanaların olduğu torpaqlar icarədə olub. Yəni həmin torpaqlar ayrı-ayrı şəxslərin icarəsində olub”. Amma indi təsdiq olunan faktlar S.Əliyevi küncə sıxıb. Belə ki, bu torpaqlar zorla, özü də birbaşa Siyanfər Əliyevin əli ilə sahibkardan alınıb və generalın həyat yoldaşının adına sənədləşdirilib.
Mövzunu diqqətdə saxlayacayıq.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam