Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"ANS, “Qafqaz”, “Zaman” buna görə bağlandı"

ramil_usubov_efkan_ala

Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov avqustun 31-də Türkiyə Respublikasında işguzar səfərdə olub.

Xeberinfo.com:  Daxili İşlər Nazirliyindən verilən məlumata görə, əvvəlcə nazir Ankarada Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün Anıtqəbirdəki mavzoleyinə gedərək, onun xatirəsini ehtiramla yad edib və məzarı önünə əklil qoyub. Daha sonra Türkiyənin daxili işlər naziri Əfqan Ala ilə cənab Ramil Usubovun görüşü keçirilib. İki ölkə arasında qardaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu bildirən nazir Əfqan Ala 15 iyul dövlət çevrilişinə cəhd zamanı Azərbaycan xalqı və dövlət başçısı cənab İlham Əliyev tərəfindən Türkiyənin qanuni hakimiyyətinə hərtərəfli dəstək verildiyini qeyd edib.

Azərbaycanın daxili işlər naziri ölkələrimiz arasında əlaqələrin bütün istiqamətlərdə uğurla inkişaf etdiyini diqqətə çatdıraraq vurğulayıb ki, yaşadığımız regionda böhran və münaqişələrin, risk və təhdidlərin mövcudluğuna baxmayaraq, biz hər zaman sabitliyi qorumaq və möhkəmləndirmək, beynəlxalq terrorçuluğa qarşı səylərimizi daha sıx birləşdirmək əzmindəyik. İyul ayının 15-də baş vermiş dövlət çevrilişinə cəhd zamanı da, Türkiyə, bu çağırışların qarşısını almağa qadir və qərarlı olduğunu bir daha təsdiqlədi. Xaricdən və daxildən olan birləşmiş qüvvələrə xalq və dövlət öz qüdrətini, əzmini və qətiyyətini göstərdi. Türkiyə demokratiyasına yönəlmiş təhlükənin qarşısı cənab Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi, xalqın ona olan sonsuz inamı ilə qətiyyətlə alındı.

Daxili İşlər naziri Ramil Usubov dövlət çevrilişinə cəhd zamanı şəhidlik zirvəsinə ucalanlara bir daha Allahdan rəhmət diləyib, yaxınlarına başsağlığı verib, bütün yaralılara şəfa arzulayıb. O qeyd edib ki, bu hadisələr Türkiyəyə qəlbən bağlı olan Azərbaycanda həyəcanla izlənildi, yaşanan proseslərdən Azərbaycan xalqı və dövlət başçısı dərin narahatlıq keçirdi:“Hadisələri qətiyyətlə pisləyən və qəbuledilməzliyini söyləyən Prezidentimiz cənab İlham Əliyev baş verənləri Türkiyə xalqının milli maraqlarına, ölkənin demokratik əsaslarına və hüququn aliliyinə qəsd kimi dəyərləndirdi. Azərbaycanın Türkiyə dövlətinin və xalqının yanında olduğunu, Türkiyə vətəndaşlarının demokratik yolla seçdiyi hakimiyyəti hərtərəfli dəstəklədiyini bəyan etdi və bütün bunlarla bağlı ölkəmizin müvafiq dövlət qurumlarına lazımi tapşırıqlar verdi.

15 iyul hadisələrindən dərhal sonra «Hizmət hərəkatı»na bilavasitə bağlı olan Qafqaz Universitetinin fəaliyyətinə və orada çalışan 50-yə yaxın müəllimlə bağlanmış əmək müqaviləsinə xitam verildiyi, eyni səbəbdən «Zaman-Azərbaycan» qəzetinin və onun veb-saytının fəaliyyətinin, Fətullah Güləndən müsahibə almış ANS televiziyasının, radiosunun və veb-saytının da yayımının dayandırıldığı diqqətə çatdırılıb”.

Nazir qeyd edib ki, müxtəlif sahələrdə və strukturlarda fəaliyyət göstərən «Hizmət hərəkatı»na mənsub şəxslərin aşkarlanması istiqamətində müvafiq dövlət qurumları lazımi tədbirlər görür:

“Azərbaycanın xüsusi xidmət orqanları tərəfindən, mobil rabitə xidməti göstərən şirkətlərdə yüksək vəzifə tutan bəzi şəxslər – mobil operatorların abunəçilərinə dair fərdi, o cümlədən qapalı məlumatlardan qanunsuz olaraq «Hizmət hərəkatı»nın xeyrinə istifadə etməkdə şübhəli bilinərək həbs olunublar.

Bu hərəkatın «fətullahçılığı» təbliğ edən, eləcə də, sosial, dini nifrət və düşmənçiliyin salınmasına yönələn qanunazidd hərəkətlərinin araşdırılması, qarşısının alınması, bu hərəkatın maliyyə mənbələrinin müəyyən edilməsi məqsədilə, Azərbaycanın Baş Prokurorluğu tərəfindən cari ilin avqust ayının 12-də cinayət işi başlanılıb və istintaq aparılır.

Həmin cinayət işi üzrə Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb və müvafiq tədbirlər davam etdirilir”.

Ramil Usubov onu da qeyd edib ki, ikitərəfli əməkdaşlığın formatı böyük potensiala malikdir:

“Bu gün iki ölkənin dövlət başçıları arasında olan səmimi dostluq və qardaşlıq münasibətləri bütün icra qurumlarının, o cümlədən daxili işlər nazirliklərinin qarşılıqlı fəaliyyətinə çox yaxşı zəmin yaradıb”.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam