Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“FETÖ-yə qarşı bundan sonra da lazımi addımlar atılacaq”

ramil_usubov-280613_2013092848

Bu gün Azərbaycanın daxili işlər naziri Ramil Usubov Türkiyəyə səfər edib.

Xeberinfo.com:   Türkiyə mətbuatına istinadən məlumata görə, R. Usubov Ankarada Türkiyənin daxili işlər naziri Əfqan Ala ilə görüşüb.

Görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçiriblər. Ə. Ala deyib ki, iki ölkənin Daxili İşlər nazirlikləri arasında münasibətlərdə terrorla mübarizə əsas məsələdir və hər cür terror təşkilatlarına qarşı təsirli birgə əməkdaşlıq var. O bildirib ki, Fətullahçı Terror Təşkilatının (FETÖ) Türkiyə və Azərbaycanda fəaliyyətlərinə son qoyulması, kökünün qazınması istiqamətində də təsirli əməkdaşlıq davam etməkdədir: “Bundan sonra da məlumat və kəşfiyyat bilgilərinin mübadiləsi, görüləcək tədbirlər məsələsində tam fikir birliyində olacağıq”.

Azərbaycan daxili işlər naziri R. Usubov isə Türkiyədə baş vermiş hərbi çevriliş cəhdindən sonra atılan və atılacaq addımların müzakirəsi üçün Türkiyədə olduğunu nəzərə çatdırıb:“FETÖ-nün Azərbaycandakı təşkilatlanmasına qarşı bundan sonra da lazımi addımlar atılacaq. Bu, həm də Azərbaycana qarşı yönəlmiş bir cinayətdir. Bundan sonra problemlərin ortadan qaldırılması üçün üzərimizə düşən nə varsa, ən yüksək səviyyədə yerinə yetirəcəyik. Bu hərbi çevriliş cəhdi zamanı şəhid olmuş Türkiyə vətəndaşlarına Allahdan rəhmət, yaralılara şəfa diləyirəm”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam