Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

İşdən çıxarılan prorektorun “NUR” məscidi aşkarlandı

quba mescidQafqaz Universitetinin işdən çıxarılan prorektoru Şaiq Nəbiyevlə bağlı maraqlı məlumatlar üzə çıxıb.

Xeberinfo.com:   Nəbiyev Azərbaycanda Fətullah Gülənin əsas təbliğatçılarından bir hesab olunur. O, təmsil etdiyi cərəyan üçün kifayət qədər böyük işlər görmüş adam kimi həmişə “gülənçilərin” diqqət mərkəzində olub. Araşdırma zamanı məlum olur ki, Nəbiyev nurçuluğun təbliği üçün bir məscid də tikdirib. Yardımlı rayonunun Ostayır kəndində anadan olan Şaiq Nəbiyev məscidi elə öz kəndində inşa etdirib. Məlumata görə, Nəbiyev 2000-ci illərdə kənddə köhnə şiə məscidin yerində ucaltdırdığı məscidin adını da “Nur” qoyub.

AzNews.az-ın əməkdaşı məlumatı dəqiqləşdirmək üçün kənd sakinləri ilə əlaqə saxlayıb. Sakinlər xəbəri təsdiqləyiblər. Onların sözlərinə görə, sözügedən məscidə “Nur” adının qoyulması kənddə narazılıqla qarşılanıb. Əhalisi şiə olan kənd sakinlərinin uzun mübarizəsindən sonra, cəmi bir neçə il əvvəl həmin “NUR” sözü məscidin üstündən sökülüb. Yalnız bundan sonra camaat məsciddən istifadə etməyə başlayıblar.
Məlumat üçün bildirək ki, Yardımlı camaatı qatı şiədir, onlar nəinki hansısa cərəyana, hətta sünilərə qarşı radikal kəsim hesab olunur.

Xatırladaq ki, Qafqaz Universitetin tərbiyə işləri üzrə prorektoru və Rəyasət Heyətinin üzvü Şaiq Nəbiyev vəzifəsindən bu gün azad olunub və RH-nin üzvlüyündən çıxarılıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam