Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Beyləqanda məscidi sökmək istədilər, xalq ayağa qalxdı

 

Beyləqanda aksiya keçirilib.

"Xeberinfo.com":  Məlumata görə, bu barədə islamazeri.az-a AXCP Beyləqan rayon təşkitanın üzvü Məhəmməd Beyləqani xəbər verib.Məlumata görə, bu gün səhər saatlarından Beyləqan rayonunda hazırda təmir edilməkdə olan qədim tarixi keçmişə malik məscidin “yuxarı”dan verilən göstərişlə sökülməsi cəhdi əhalini, xüsusən də dindarları ayağa qaldırıb.

Aksiya keçirən əhali məscidin sökülməməsini tələb edib. Məscidin sökülməsinə səbəb isə ibadət evinin yaxınlığında yerləşən fərdi yaşayış evinin həyətinə çıxış yolunun olmamasıdır.
M.Beyləqani bildirib ki, Beyləqan Rayon Torpaq Şöbəsinin müdiri Rafael Pəsiyev rayonun Qəhrəman adlı sakininə torpaq satıb. Məscidin arxasında yerləşən həmin torpağın həyətinə isə çıxış yolu çəkilməyib. Belə ki, öz həyətinə yol çəkmək istəyən Qəhrəman kişi torpaq şöbəsinin müdirindən həyətə çıxış yolu üçün əlavə torpaq verməsini tələb edib. Rafael Pəsiyev də bunun üçün məscidin sökülməsinə göstəriş verib. Çünki onun həyətinə yol yalnız məscidin həyətindən keçir.
Qeyd edək ki, həmin məscidin sökülməsi məsələsi bir ildən çoxdur gündəmin mövzusu olub. Lakin son günlər məscidin sökülməsi üçün Beyləqan Rayon Torpaq Şöbəsinin müdiri tərəfindən göstəriş verilməsi əhalini ayağa qaldırıb. Məscidin heç bir məhkəmə qərarı olmadan sökülməsi isə dindarları daha da qəzəbləndirib.
Xatırladaq ki, Beyləqan rayonunda sökülməsi planlaşdırılan məscid tarixi abidə kimi də dəyərləndirilir. Orada hər gün ibadət edilir, dindarlar namaz qılır. Hətta cümə günləri cümə namazı qılmaq üçün rayonun məscidə yaxın ərazilərdə yaşayan yüzlərlə sakini də məscidə gəlir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam