Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Eldar Mahmudovun “torbatikən” müstəntiqi istintaqa çağrıldı - ÜZLƏŞMƏ

mtnpul

 

Ləğv olunmuş Milli Təhlükəszilik Nazirliyinin İstintaq Baş İdarəsinin mühüm işlər üzrə müstəntiqi olmuş Elşən Murtuzov  “MTN işi” ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair işlər Üzrə İstintaq İdarəsində istintaqa cəlb olunub.

Xeberinfo.com:  Bu barədə Gununsesi.info-ya hüquq-mühafizə orqanlarından məlumat daxil olub. Məlumatda bildirirlir ki, Elşən Murtuzov MTN rəhbərliyinin təhdidi və şantajı səbəbindən intihar edən bu qurumun polkovniki Malik Mustafayevin qardaşı, bu günlərdə həbsdən çıxan Mətləb Mustafayevlə üzləşdirilib.

metleb

Üzləşmə prosesində Mətləb Mustafayev Elşən Murtuzovu ifşa edib, onun qanunsuz əməllərini ortaya qoyub.

Xatırladaq ki,  Elşən Murtuzov MTN rəhbərliyi tərəfindən qanunsuz olaraq, həbs edilən insanlara qarşı saxta-qurama cinayət işlərini aparıb. Onu MTN-nin özündə belə Eldar Mahmudovun “baş torbatikən”  müstəntiqlərindən biri kimi tanıyıblar. Elşən Murtuzov əsasən MTN-nin silah və narkotiklə şərlədiyi şəxslərin istuintaqını aparıb.

MTN-nin “şanlı” müstəntiqinin saxta cinayət işlərində isə həmişə sevdiyi iki iranlının – Rza və Hüseyn adlarına rast gəlmək olar. Belə ki, onun tərtib etdiyi işlərdə şərlənən vətəndaşların  İrandan olan “Rza” və “Hüseyn” adlı şəxslərdən silah, yaxud da narkotik “alması” barədə məqamlara çox rast gəlmək olar. Onu tanıyan insanlar isə deyir ki, vicdanı unudaraq,  qanunlara açıq hörməsizlik edən bu adamın niyyəti isə MTN-nin İstintaq baş İdarəsinin rəis müavini Təsin Ağayevin yerinə göz dikmək olub.  Ona görə də Anti-Terror Mərkəzi rəhbərliyinin cinayətlərinə şərik olaraq, bütün qanunsuz göstərişləri can-başla icra edirmiş.

Elşən Murtuzovun maskası isə ilk dəfə sabiq vicdan məhbusu Pərviz Həşimlinin işində cırılıb. Jurnalistin saxta cinayət işinin istintaqını aparan Elşən Murtuzov  imza atdığı bu cinayətə görə, cəmiyyətdə nifrətlə qarşılanıb.

Onu da qeyd edək ki, MTN dağılandan sonra sərəncama göndərilən Elşən Murtuzov sonradan hansısa vasitələrlə DTX-də işə bərpa olundu.

Ümid edirik ki,  DTX-nın yeni rəhbərliyi qurumun adına ləkə gətirən bir şəxsi bu strukturda saxlamayacaq və ona layiqli yeri göstəriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam