Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Kəlbəcər girovları ilə görüş keçiriləcək

 

"Xeberinfo.com":  Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynovanın sözlərinə görə, BQXK öz mandatına uyğun olaraq onlara yenidən baş çəkəcək: “Hər zaman olduğu kimi bu dəfə də görüş baş tutduqdan sonra ictimaiyyətə məlumat veriləcək. Onlarla sonuncu dəfə dekabr ayının 9-da görüş keçirilib”.

Girov ailələrinin Komitədən narazı olmasına gəlincə, BQXK-nın rəsmisi bildirib ki, saxlanılan şəxslərin ailə üzvləri ilə mütəmadi əlaqə saxlayırlar: “Bizim komitə uyğun məlumat olan kimi dərhal onların ailə üzvləri ilə əlaqə saxlayır”.
Xatırladaq ki, ötən il dekabr ayının 29-u Xankəndidə azərbaycanlı girovlar Şahbaz Quliyev və Dilqəm Əsgərovun sonuncu “məhkəməsi” keçirilib. “Məhkəmə”də hakim Dilqəm Əsgərovu ömürlük, Şahbaz Quliyevi isə 22 il müddətinə azadlıqdan məhrum edib.
Girovlarımızın Şuşa həbsxanasında saxlanıldığı deyilir.
Onu da qeyd edək ki, Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev bu ilin iyul ayında Kəlbəcərdə yaxınlarının qəbrini ziyarət edərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüb, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb.
azvision.az

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam