Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Beynəlxalq Bankı “Ermitaj”ı ala bilmədi: iddialar rədd olundu

Sankt-Peterburqun Arbitraj məhkəməsi Azərbaycan Beynəlxalq Bankının “Ermitaj” otelinə qarşı qaldırdığı bir neçə iddianı, o cümlədən 20 milyon dolların tutulub banka verilməsini rədd edib.

Xeberinfo.com:  Bundan əlavə, məhkəmənin qərarına əsasən Beynəlxalq Bank “Ermitaj”ın mülkiyyətçisi və developeri olan Beynəlxalq Baltik İnvestisiya Şirkətinə sadə veksellər paketini geri qaytarmalıdır.

Bildirilir ki, “Ermitaj”ın mülkiyyətçisi olan şirkətlə bank arasında məhkəmə çəkişmələri bununla yekunlaşmır. Hələ baxılmalı olan bir neçə iddia da var. İddialardan birində bank otelin binasına həbs qoyulmasını tələb edirdi. Lakin məhkəmə iddianı təmin etməyib. Tərəflər məhkəmə çəkişməsini şərh etmir.

Beynəlxalq Baltik İnvestisiya Şirkətinə azərbaycanlı biznesmen Malik Babayev nəzarət edir. Bu şirkət 2013-cü ildə məşhur Ermitaj muzeyinin yaxınlığında yerləşən binanı restavrasiya edib və onun yerində 126 yerlik “Ermitaj” oteli açıb. Muzeyin brendinin oteldə istifadə edilməsinə dair razılıq var. Şirkət Azərbaycan Beynəlxalq Bankından restavrasiya işləri üçün kredit götürüb və qaytarmayıb. (virtualaz.org)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam