Redaktor seçimi
AHİK-də “yenilik” şousu və reallığın acı üzü -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Beynəlxalq Bank “Ermitaj”ın həbsinə nail olmaq istəyir

“Ermitaj” otelinin sahibi Pravda keçəsi. 10 ünvanında yerləşən binanın həbsindən qaça bilib.

Xeberinfo.com:   Məlumata görə, Azərbaycan Beynəlxalq Bankı developerin borclu qaldığı 20 milyon dollardan çox vəsaitin təmin edilməsinə nail olmaq istəyir.

Bank otelin sahibi olan Beynəlxalq Baltika İnvestisiya Şirkəti (BBİŞ) ilə münaqişədədir. Bu günlərdə developer arbitraj məhkəməsində ikiqat qələbəyə nail olub. Apellyasiya məhkəməsi (ilkin instansiyadan sonra) binaya həbs qoymaqdan imtina edib. Başqa bir işin gedişində isə firma 5 milyon dollarlıq iddiadan boyun qaçıra bilib. Hərçənd, bu hələ işin yarısıdır.

BBİŞ sahibkar Malik Babayevə məxsusdur. 2013-cü ildə firma Pravda küçəsindəki keçmiş “Pişevik” Mədəniyyət Evinin yenidən qurulmasını başa çatdırıb və burada beşulduzlu “Ermitaj” mehmanxanası (126 otaqlı) açıb ki, bu otel ölkənin əsas muzeyinin rəsmi oteli statusunu qazanıb.

Layihəyə qoyulmuş sərmayə ekspertlər tərəfindən 30-35 milyon dollar həcmində qiymətləndirilib. Developer krediti Azərbaycan Beynəlxalq Bankından alıb. Cari il ərzində bank məhkəməyə bir neçə iddia ərizəsi yollayıb. Bunlardan ən irisi 15 milyon dollar həcmindədir və veksel öhdəlikləri ilə bağlıdır. Həmin iş çərçivəsində bank təminat tədbirlərinin görülməsini tələb edirdi, belə ki, borclu binanı sata bilər. Məhkəmə həbs qoymaqdan imtina edib, pul iddiasına isə iyulun 12-də baxılacaq.

Virtualaz.org 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam