Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Telman İsmayılov müflis elan ediləcək

 

Moskva Arbitraj Məhkəməsi Azərbaycan əsilli oliqarx (onu artıq keçmiş milyarder də adlandırmaq olar) Telman İsmayılovun müflis elan edilməsinə dair kreditorlar tərəfindən qaldırılmış iddianı baxılmaq üçün qəbul edib və prosesin vaxtını açıqlayıb.

Xeberinfo.com:    Məlumata görə, bu haqda məhkəmənin saytında yerləşdirilmiş məlumatda deyilir.

Məlumatda bildirilir ki, məhkəmə prosesində həmçinin “vətəndaş İsmayılovun borclarının restrukturizasiyasının başladılması” məsələsinə də baxılacaq.

Xəbər verildiyi kimi, Telman İsmayılovun fərdi şəxs olaraq müflis elan edilməsi barədə iddianı “Bank Moskva” (VTB qrupuna daxildir) qaldırıb. Biznesmen bankdan götürdüyü 213 milyon dollar krediti qaytara bilmir.

Arbitraj Məhkəməsi oktyabrın 6-da bu vəsaitin T.İsmayılova məxsus “KBF AST” şirkətindən tutulmasına dair qərar çıxarıb.

Digər çoxsaylı kreditorlar da T.İsmayılovdan borclarını tələb edir. Bunların arasında ən sərt metodlar tətbiq edəni oliqarx Sergey Yançukovdur.

T.İsmayılov S.Yançukovun “Maqnazeya” şirkətlər qrupuna daxil olan “Sezaria LTD” şirkətindən 2010-cu ildə 100 milyon dollar borc alıb, bu borc şişərək faizləri ilə birlikdə 140 milyon dollara çatıb.

S.Yançukovun iddiası əsasında T.İsmayılovun çoxsaylı biznes aktivlərinə, o cümlədən “Mardan Palace” otelinə həbs qoyulub. Nəticədə azərbaycanlı oliqarx aktivlərini satıb borclarını ödəyə bilmir. Hazırda T.İsmayılovun borcları 600 milyon dollara yaxındır. “Forbes” bir neçə il əvvəl hesablamışdı ki, onun sərvətinin həcmi də elə təxminən bu qədərdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam