Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Bank Standard”ın problemləri bitmir ki bitmir

bank-standard«Bank Standard»ın sağlamlaşdırılması davam etsə və rəsmi məlumatlara görə, artıq normal fəaliyyət göstərsə də, əmanətçi şikayətləri səngimir.

Xeberinfo.com:   Əmanətçilər bankın təklif etdiyi bu seçimlərdən narazı qalıblar: «Əmanətin 20 faizi indi qaytarılır və yeni uzunmüddətli əmanət müqaviləsi bağlanandan sonra əmanət həmin müddətin sonunda qaytarılır (1-ci seçim) və ya əmanət hissə-hissə,bir neçə ilə – aybaay qaytarılır (2-ci seçim)».

«BANKIN HEÇ BİR ƏSASI YOXDUR»

İndi əmanətçilər hansı variantı seçəcəklərini bilmir və həmin sualı mütəxəssislərə ünvanlayırlar. Bank məsələləri eksperti Əkrəm Həsənov öncə onu bildirir ki, qanun bank əmanətinin tam məbləğdə, ilk tələblə və 5 iş gününü keçməməklə, üstəlik, qoyulan valyutada qaytarmağı tələb edir: «Bunu etməmək üçün bankın heç bir əsası yoxdur. Etmirsə, birləşin və banka qarşı birgə iddia qaldırın».

«SONRA DA… QALAN PULLARINI GERİ İSTƏSİNLƏR»

Ekspert, paralel olaraq, bankın təklif etdiyi hər hansı məbləğin də götürülə biləcəyini deyir: «Təklif edilən 1-ci variantı seçsələr də bilsinlər ki, əmanətin 20 faizini indi götürüb, yeni əmanət müqaviləsini lap 100 il müddətinə bağlasalar da, ertəsi gün gəlib əmanətin qaytarılmasını tələb edə bilərlər. Bank 5 iş günü ərzində onu qaytarmalıdır. Buna görə də, təklif edilən məbləği götürsünlər, yeni müqavilə bağlayandan sonra da gedib qalan pullarını geri tələb etsinlər».

Ekspert sözlərinin sonunda bir daha vurğulayır ki, əmanəti hansı valyutada qoyublarsa, həmin valyutada da geri almaq onların hüququdur: «İstəmədiyiniz halda bank əmanəti öz istədiyi məzənnə ilə manatla qaytara bilməz».

İŞ BELƏ BAŞLAMIŞDI

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının qərarına əsasən, mayın 3-dən keçərli sayılmaqla, «Bank Standard» QSC-yə 3 ay müddətinə müvəqqəti inzibatçı təyin edilib. Bu tədbir son dövrlərdə bank aktivlərinin keyfiyyətcə pisləşməsi ucbatından onun likvidlik və kapital mövqeyinin zəifləməsindən, kreditorlar qarşısında öhdəliklərin icrasında çətinlik yaranmasından qaynaqlanıb. İndi bankın sağlamlaşdırılma proqramının birinci mərhələsi gerçəkləşdirilir. Bu mərhələ çərçivəsində fiziki şəxslərin «Bank Standard»dakı 30 min manatadək (və ya onun xarici valyuta ekvivalenti) cari/kart hesabları və 2016-cı ildə vaxtı bitən əmanətləri üzrə vəsaitlər limitsiz şəkildə ödənilməlidir.

SAĞLAMLAŞDIRMANIN 2-Cİ MƏRHƏLƏSİ İLİN SONUNDA AÇIQLANACAQ

Palata müştərilərin 30 min manatı (və ya onun xarici valyutadakı ekvivalentini) aşan cari/kart hesablarına və bu il vaxtı bitən əmanət qalıqları üzrə vəsaitlərin ödənilməsinə dair bir neçə təklif irəliyə sürüb. Müddəti 2016-cı ildən sonra başa çatan əmanətlər üzrə tədbirlər planı sağlamlaşdırma proqramının 2017-ci ildə həyata keçiriləcək 2-ci mərhələsi çərçivəsində hazırlanacaq və bu ilin sonunadək təqdim olunacaq. (azadliq.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam