Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Bank Standard”ın qarşısında əmanətçi etirazı - FOTOLAR

 “Bank Standard”ın qarşısında əmanətçi etirazı

 

Vətəndaşlara pullarının nə zaman qaytarılacağı deyilmir; “Əmanətlərin faizini qaytarmırlarsa, bəs niyə banka kredit borcu olanların faizini hesablayırlar? 

 

Xeberinfo.com:  Xəbər verdiyimiz kimi, Maliyyə Bazarlarına Nəzarət Palatası sentyabrın 30-da “Bank Standard”ın lisenziyasını ləğv edib. Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı "Bank Standard"ın lisenziyasının ləğvini belə əsaslandırıb: “Öhdəliklərin idarə olunmasında çətinliklər yaranıb. 3 ay müddətinə müvəqqəti inzibatçı təyin edilmişdi. 5000 manata qədər olan əmanətlərin və sosial ödənişlərin ödənilməsi təmin edilib.
Ancaq bankı idarə etmək bizim səlahiyyətimiz deyil. Bankın sağlamlaşdırılması məqsədilə qərar qəbul edilib.  Hökumətin də səylərinə baxmayaraq bankın dayanıqlığını təmin edə bilmədik. Bankın ləğvetmə prosesi zamanı "Standard Sığorta" ilə münasibətlərinə aydınlıq gətiriləcək. Biz sığorta şirkətlərinin aidiyyəti banklarda saxladığı pulu onun kapitalı kimi nəzərə almırıq. Bankın bağlanması sığorta şirkətinin bağlanması demək deyil. Amma bu onun da fəaliyyətinə təsir edəcək".
 
R.Aslanlı əmanətçiləri narahat olmamağa çağırıb. Bildirib ki, qorunan əmanətlər əhaliyə tez zamanda ödəniləcək. Palata rəhbərinin sözlərinə görə, əmanətlərin qaytarılmasını Əmanətlərin Sığortalanması Fondu həyata keçirəcək.
Xatırladaq ki, bankda 520 milyon manat əmanət var. Bunlardan 460 milyon manatı qorunan əmanətdir. Bütövlükdə fiziki hesaba malik olan şəxslərin sayı 260 mindən artıqdır.
Bağlanan bankda vəziyyətin necə olduğunu öyrənmək üçün “Yeni Müsavat”ın müxbiri “Bank Standard”ın baş ofisində olub və ofisin  qarşısında toplaşan əmanətçilərlə görüşüb.
Bankın lisenziyasının ləğv edilmə xəbərini eşidən əmanətçilər baş ofisə axın edir. Bankın həyətində onlarla müştəri toplaşmışdı. Onlar təlaş içərisində qoyduqları əmanətin geri qaytarılması üçün prosedur qaydalarını, əmanətlərinin nə zaman qaytarılacağını öyrənməyə çalışırdılar.
Bankda isə bütün əməliyyat sistemləri dayandırılıb. Müştərilər bank işçilərindən məlumat almağa çalışsalar da, onlara dəqiq məlumat verilməyib. İnsanları narahat edən səbəb isə onlara dəqiq zamanın deyilməməsidir. Əmanətçilərin sözlərinə görə, baş ofisdən onları sadəcə yola verirlər. Bu səbəbdən də bank əməkdaşları və əmanətçilər arasında kiçik mübahisələr də yaşanırdı.
 
Bankın qarşısına toplaşan bir neçə əmanətçi ilə həmsöhbət olduq. Adının çəkilməsini istəməyən əmanətçilər depozitlərinin qaytarılması ilə bağlı onlara konkret zaman təyin olunmadığını bildirdilər:“Bankın əməkdaşları bizə deyirlər ki, bura gəlməyin, 10-15 gün gözləyin, məhkəmə qərarı çıxsın sonra bəlli olacaq. Dediklərinə görə, bizə pulumuzu qaytaracaq bankların siyahısı internet resurslarında dərc olunacaq, sığortalanmış əmanətlərin qaytarılması daha tez həllini tapacaq. 100 min manatadək əmanətlər daha  tez qaytarılacaq”.
Əmanətçilərin sözlərinə görə, bir ay öncə bankdan əmanətləri sığortalamaqla bağlı təklif gələndə nəticənin belə olacağı ağıllarına gəlməyib: “5-6 ay öncə xəbər gəzirdi ki, bankda kimin əmanəti varsa, sığortalasın və bu zaman gəlir 12 faiz olacaq. Ancaq əvəzində əmanətlər sığortalanacaq. Ağıllı adamlar əmanətini 12 faizə endirib sığortalatdı. Bunun müsbət tərəfi odur ki, vəsaitlər qaytarılan zaman sığortalı olan əmanətlər qabağa salınacaq. Sığortalanmayanlar isə sonraya saxlanılacaq. Dəqiq zaman isə bəlli deyil. Bundan əlavə, bankda 30 min manata qədər əmanəti  olanlar avtomatik olaraq sığortalanır”.
Digər bir əmanətçi isə dollarla olan əmanətlərinin manatla ödəniləcəyindən narahat olduğunu dedi: “Bank bağlanan gün bir əmanətçi 5 min dollar əmanətini götürməyə gəlmişdi. Ona dedilər ki, bu pulu sizə manatla verək. O isə israr etdi ki, banka dollarla əmanət qoymuşam, dollarla da qaytarın. 1000 dollarını qaytardılar. Qalan hissəsini isə növbəti günlərdə qaytarmağa söz verdilər. Belə çıxır ki, dollarla olan əmanətlərin qaytarılması gecikdiriləcək. Dollarla əmanəti olanlara vəsaitləri  hissə-hissə ödəniləcək”.
 
Adının çəkilməsini istəməyən əmanətçi depozitlər qaytarılarkən faizlərin hesablanmayacağını dedi və bunun ədalətsiz olduğunu vurğuladı: “Bankda 17 min manat əmanətim var, bu təbii ki, qaytarılmalıdır. Ancaq bizə əmanətin faizi də verilməlidir. İllərdir pulumuzu burada boş yerə saxlamırıq ki... Ancaq bank əməkdaşları faiz adı çəkən kimi bizimlə sərt danışırlar. Deyirlər ki, camaat əmanətinin dərdindədir, siz isə faizin. Əmanətlərin faizini qaytarmırlarsa, bəs niyə banka kredit borcu olanların faizini hesablayırlar? Biz pulumuzun  faizini istəyəndə isə etiraz edirlər. Əslində lisenziyası ləğv olunan banklar kreditlərə də faiz almamalıdır.  Bağlanan gününün səhəri bank əməkdaşı üç gün müddətində əmanətlərin faizi ilə birlikdə veriləyini dedi. İndi isə deyirlər ki, 20 günə televiziyada məlumat veriləcək. Bİr sözlə hərə bir söz deyir. Bilmirik kimə inanaq?”
Xatırladaq ki, “Bank Standard” bu il Azərbaycanda lisenziyası  ləğv olunan 11-ci bank oldu.
Musavat.com




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam