Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

General Azərbaycandan geri çağrılmasının səbəbini açıqladı


 

Xeberinfo.com:   Bu dəqiqələrdə general İ.Başbozkurt virtualaz.org-un redaksiyasına zəng edərək, təcili şəkildə Türkiyə KİV-də yayılmış məlumatla bağlı onun bəyanatını dərc edək:

«Mən bu məlumatı qəti şəkildə təkzib edirəm. Məni təıqaüdə çıxdığıma görə geri çağırıblar və bu məsələ dövlət çevrilişinə cəhddən xeyli əvvəl həll edilmişdi. Mən həyatımın 1 ilini Azərbaycan ordusunun qurulmasına və möhkəmlənməsinə sərf etmişəm. Mənim babam hələ ötən əsrin əvvəllərində Qarabağda erməni zülmünə qarşı vuruşub.

Mənim adımı Fətullah Gülənin icması ilə bağlamaq kimin ağlına gəlib? BUİ ki Türkiyənin, bütün türk dünyasının, Azərbaycanın düşmənidir! Mən qəti şəkildə bu fikirləri və şayiələri təkzib edirəm.

Mənim Azərbaycanda olduğum müddət bitib. Təqaüdə çıxmışam. Heç bir siyasi motiv yoxdur», - virtualaz.org-a verdiyi bəyanatda general İ.Başbozkurt belə deyib.

*   *   *17:00

Türkiyənin Bakıdakı hərbi attaşesi İhsan Başbozkurt bu ölkədə baş vermiş hərbi çevriliş cəhdindən sonra missiyasını yarımçıq başa vurub və geri çağırılıb.

 Buna səbəb Türkiyədə Yüksək Hərbi Şuranın iyulun 29-da keçirilmiş fövqəladə toplantısında briqada generalı İhsan Başbozkurtun istefaya göndərilməsidir.

“Milliyet” qəzetinin yazdığına görə Başbozkurt da daxil olmaqla onlarla general Silahlı Qüvvələrdən istefaya göndərilib. Buna səbəb onların 15 iyul hərbi çevriliş cəhdin fəal dəstək verməsələr də həmin hadisələrlə bağlı ortaya qəti mövqe qoymamasıdır.

 

General Başbozkurt Azərbaycana göndərilməzdən əvvəl Türkiyənin cənub-şərqindəki Şanlıurfa vilayətində 3 il  tank briqadasının komandiri olub. Ötən il Yüksək Hərbi Şuranın qərarı ilə Azərbaycana hərbi attaşe göndərilib. Bu vəzifədə diviziya generalı Nevazat Taşdeleri əvəzləyib. Xatırladaq ki, Nevzat Taşdeler 15 iyul hərbi çevriliş cəhdindən sonra FETÖ-çü olmaqda ittiham olunaraq həbs edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam