Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Sosial yardımların verilməsi dayandırılır

Azərbaycanda ünvanlı sosial yardımların verilməsi növbəti ildən dayanacaqmı?

Xeberinfo.com:   İndi bu sual ətrafında həm ölkə mətbuatında, həm də sosial şəbəkələrdə ən müxtəlif fikir və təxminlərə rast gəlmək olar. Belə müzakirələr təsadüfi deyil. Bu ilin əvvəlində prezident İlham Əliyev demişdi ki, sosial müavinətlərin verilməsi bəzi insanları ələbaxımlığa öyrədir.

Sosial müavinətlərin dayandırılıb- dayandırılmayacağı, hələlik, ictimaiyyətə tam bəlli olmasa da, indidən bəzi pilot layihələr işə düşüb.

Bunu deputat Vahid Əhmədov da təsdiq edir. «Burada söhbət ünvanlı sosial yardımın kütləvi şəkildə ləğvindən yox, insanlara iş yerləri və qazanc mənbələri yaratmaqdan gedir», -deyə o qeyd edir.

Deputatın deməsinə görə, həmin pilot layihələr barədə dövlət başçısı İlham Əliyevin açıqlamaları olub və Milli Məclisdə müzakirələr gedib.

V.Əhmədov vurğulayır ki, həmin layihələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi icra edir: «Burada insanlara müəyyən məbləğdə maliyyə vəsaiti ayrılır. Kənd təsərrüfatı, ticarət və ya başqa sahədə çalışmaqdan ötrü imkanlar yaradılır. Hazır şərait həmin şəxsə təhvil verilir və bundan sonra belə şəxslərin adları ünvanlı sosial yardım siyahısından silinir».

V.Əhmədov deyir ki, bu layihə Göyçay və başqa bir rayonda icra edilib. Bundan əlavə, həmin pilot layihələrin ölkənin daha 11 rayonunda reallaşdırılması nəzərdə tutulur. «Bütünlükdə bu, olduqca müsbət layihələrdir və insanlarda qazanmaq vərdişini formalaşdırır»,-deyə deputat vurğulayıb.

Azərbaycanda sosial müavinətlərin verilməsinə 2006-cı ildən başlanıb. Buna qədər isə uşaq pulunun verilməsi (9 min manat. İndiki kursla 1 manat 80 qəpik) dayandırılmışdı.(Azadliq.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam