Nərimanovda “Bələdçilik Akademiyası” adlı layihə həyata keçirilib - FOTOLAR
Bu gün Nərimanov rayonunda fəaliyyət göstərən “PremierExpo” otelindəAzərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi,Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “Fəal Gənclər ” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Bələdçilik Akademiyası” adlı layihə həyata keçirilib.
Xeberinfo.com: “Bələdçilik Akademiyası” layihəsinin əsas məqsədi – ölkəmizdə turizm potensialının yüksək olduğunu, müxtəlif tədbir və yarışlar zamanı, turizm mövsümü zamanı olkəmizə gələcək turistlərin qarşılanması, qonaqlarla davranış qaydalrının tənzimlənməsi, turizm marşrutlarının genişləndirilməsi, bələdçilik və könüllülük probleminin həllində öz töhfəmizi vermək. bütün dünyada qəbul olunmuş bələdçilik standartlarını ölkəmizdə inkişaf etdirməkdir.Layihə 7 gün 20-28 iyul 2016-cı il tarixlərində keçirilmiş və ümumi layihə çərçivəsində 700 nəfər gənc iştirak etmişdir.Layihə zamanı iştirakçılara, bələdçilik işinin qurulması və ölkəmizə gələcək qonaqların, eləcədə idmançıların yerləşdirilməsində, olimpiya oyunları vaxtında şəhər turları çərçivəsində qonaqları ölkəmizin düzgün təbliğat işlərinin aparılması mövzularda təlimlər keçirilmişdir.
Son 10 ildə ölkəmiz iqtisadi cəhətdən dinamik şəkildə inkişaf etməkdədir. Bunun bariz nümunəsi olaraq ölkəmizdə yeni texnologiyalara əsaslanan idman müəssisələrinin tikilməsi, hər il dünyanın ən nüfuzlu idman və mədəni kütləvi tədbirlərinin keçirilməsini göstərmək olar.Bunlardan başqa Azərbaycanın böyük turizm pontensialınında olduğunu nəzərə alsaq ölkədə turizm menecerlərinin və bələdçilərin işinə ehtiyacın cox olduğunu görərik. Bu tədbirlərin həyata keçirilməsində bütün dünyada olduğu kimi ölkəmizdədə könüllü qrupların rolu böyükdür.Sadalanan məsələlərə baxmayaraq zaman-zaman məşğulluqla bağlı problemlər ortaya çıxmaqdadır. Təbii ki, bəzən bu tip hallar şişirdilir, lakin danılmaz faktdırki, ölkəmizdə yetişməkdə olan bələdçilik və turizm menecmenti işi hələ tam olaraq formalaşmayıb və buna görədə bu layihənintəşkili2017-ci ildə keçirilməsi nəzərdə tutulan "IV İslam Həmrəyliyi Oyunları" və digər mədəni və idman tədbirlərində bu könüllü qüvvələrinin istifadə imkanını artırır. Qeyd olunan bacarıqlara liderlik, effektiv layihə idarəçiliyi, komandada işləmək və ünsiyyət qurma mexanizmlərini aid etmək olar. Mütəmadi olaraq seminar və təlimlərdə iştirak etmiş gənclərin şəxsi keyfiyyətlərinin inkişaf etməsinə səbəb olmuşdur.
- Layihənin vəzifələri aşağıdakılar olmuşdur:
- Gənclərin karyera qurmasına töhvə vermək;
- İştirakçıların praktiki təlimlər vasitəsilə təcrübə toplamasına dəstək vermək;
- Gənclərin şəxsi keyfiyyətlərini inkişaf etdirməsinə kömək etmək;
- Gəncləri bələdçilik işlərində çalışmağa həvəsləndirmək;
- İştirakçıların aparıcı şirkətlərdə təcrübə keçməsinə şərait yaratmaq;
- Bələdçilik təlimlərini keçirilməsi.
Layihənin sonunda gəncləri maraqlandıran suallar ekspertlər tərəfindən cavablandırılmışdır.