Cahangir Hacıyevin bacısından sensasion açıqlama
Azərbaycan Beynəlxalq Bankının (ABB) keçmiş rəhbəri, hazırda həbsdə olan Cahangir Hacıyev məhkəməsi ərəfəsində maliyyə naziri Samir Şərifova qarşı hücuma keçib.
Xeberinfo.com: Cahangir Hacıyevin bacısı Əminə Hacıyevanın prezident İlham Əliyevə ünvanladığı və bir surətinin də“azadlıq.info”ya daxil olduğu müraciətində Samir Şərifov saxtkarlıqda ittiham olunur.
Əminə Hacıyeva bildirir ki, ABB-nin rəhbərliyi Maliyyə Nazirliyinin diqtəsilə onların imzasını saxtalaşdırıb: “Məhkəməyə bizim saxta imzalarımız olan sənədləri təqdim ediblər.
Əlbəttə ki, biz burda olan məhkəmə ekspertiza mərkəzinə və xaricdə olan müstəqil ekspertlərə müraciət edəcəyik. ABB rəhbərliyi Maliyyə Nazirliyinin başçılığıyla qardaşım Cahangiri sübuta yetirilməmiş və əsaslandırılmamış pul mənimsəməsində günahlandıraraq qanunun bütün normalarını aşaraq sənədləri saxtalaşdırıb və bizim pullarımızı mənimsəyib. Belə bir sual çıxır: Kim kimdən oğurlayıb?
ABB digər fiziki şəxslərdən səhmləri toplayaraq məhz onların kreditini bağlayıb. Bəs nə üçün bizim səhmlərlə Cahangirin kredit kartı üzrə olan borclar bağlanmayıb? Bizim pullarımız kimlərin cibinə gedib?
Maliyyə Nazirliyinin bədgüman və düşmən münasibəti bizə aydındır, lakin bəs nə üçün Ədliyyə Nazirliyi qərarın bizim əleyhimizə qəbul olunmalı olduğunu diktə edərək məhkəməyə təzyiq edir? Bu cür əsassız fikir onlarda hardandır?
Cahangirin həyat yoldaşı Zamirə Hacıyevanın 4 milyonluq kredit kartı üzrə borcu olub ki, o, səhmlərlə bu məbləği ödəyib. Lakin borc hələ də bağlanmayıb.
Mən növbəti dəfə cənab prezidentə müraciət edirəm. Xahiş edirəm ki, baş verənləri özünüz nəzərdən keçirin və ədalətli bir qərar çıxarın, günahsız insanları məhkum etməyə icazə verməyin”.