Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Sabiq bankir restorana və bazarlığa 1 milyondan çox pul xərcləyib

Azərbaycan Beynəlxalq Bankının (ABB) keçmiş prezidenti Cahangir Hacıyevin fəaliyyətinin yoxlanması zamanı ABB-də həyata keçirilən daxili audit bankda daha bir ciddi qanun pozuntusunu üzə çıxarıb.

Xeberinfo.com:   Məlumata görə, bu barədə virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı məlumatlı mənbələrdən informasiya daxil olub.

Məlumata görə, Cahangir Hacıyevin kredit kartından şəxsi ehtiyaclarına 1 milyon dollardan çox vəsait xərclənib. Həmin kredit borcu bu günə qədər də ödənilməyib.

ABB-dən də bu informasiyanı virtualaz.org saytına təsdiq ediblər.

Yada salaq ki, ABB-nin sabiq prezidenti C.Hacıyev əksəriyyəti məqsədi üzrə xərclənməyən çoxmilyardlıq kreditlərin verilməsində ittiham olunur. C.Hacıyevin ABB-ə rəhbərlik etdiyi dövrdə bankın 7 milyard dollara yaxın vəsaiti sözün əsl mənasında hərraca çıxarılıb. Bundan sonra hüquq-mühafizə orqanları “kredit oliqarxları işi” üzrə xeyli sahibkarı, habelə C.Hacıyevin yaxın adamlarını saxlayıblar.

C.Hacıyevin özü isə hazırda DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən sorğu-sual olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam