Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

DTX adından istifadə edən prorektor vətəndaşın əmlakını əlindən alır - ŞİKAYƏT

Behruz

 

Vəkil Bəhruz Bayramov: “Bahadur Qocayev köhnə MTN-çilərin yolu ilə gedir”

 

Xeberinfo.com:   Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin  Qusar, Kürdəmir rayon şöbəsinin keçmiş rəisi,   hazırda Lənkəran Dövlət Universitetinin prorektoru vəzifəsində çalışan Bahadur Cəfər oğlu Qocayev vətəndaşlara hədə-qorxu gələrək onların xüsusi mülkiyyətini ələ keçirmək istəyir”. Bu sözləri gununsesi.info-ya zərərçəkmiş Fazil Famil oğlu Alıyevin vəkili Bəhruz Bayramov söyləyib.  Onun sözlərinə görə, özünü DTX-nın polkovniki kimi təqdim edən B.Qocayev vətəndaşa qurumun adından sui-istifadə etməklə hədə-qorxu gəlir: “Bahadur Qocayev sabiq MTN əməkdaşlarının etdiyi kimi hüquqi səlahiyyəti olmasa belə, mülkiyyət hüququna sahib olduğu evindən çıxmağı tələb edir. Belə ki, Xaçmaz rayonunun Seyidli kəndində yerləşən həmin evi hüquqlarını müdafiə etdiyim Alıyev Fazil Famil oğlu 2014-cü ildə evin sabiq sahibi Ramiz Niyaz oğlu Zeynalovdan 60 min AZN-ə alıb. Qanuni alqı-satqı həyata keçirilib. Həmin məbləğ isə banka ödənib. Qarşı tərəf də bankdan həmin pulu götürüb. İndi isə, aradan 2 il keçəndən sonra Bahadur Qocayev deyir ki, mən DTX-nın əməkdaşıyam, polkovnikəm. Bu evi istəyirəm. Ona görə də aldığın evi geri qaytarmalısan. Amma evin geri qaytarılması müqabilində ödənilən 60 min AZN-ni də geri verməyəcəm. Fazil Alıyev bu cür hədə-qorxu və tələbə qarşı etiraz edəndə isə, sabiq MTN polkovnikinin reaksiyası belə olub: “Mən hazırda DTX-nın əməkdaşıyam, buna görə də Lənkəran Dövlət Universitetinə prorektor göndəriblər. Ona görə də, evi mənə qaytarmalısan, vəssalam”. Zərərçəkmişin vəkili qeyd edib ki, sabiq MTN polkovniki hələ də kohnə havasındadır: “Belə başa düşürəm ki, hazırda Lənkəran Dövlət Universitetində prorektor vəzifəsini tutan Bahadur Qocayev hazırda həbsdə olan keçmiş həmkarlarının vətəndaşlara etdikləri qeyri-qanuni hərəkətləri davam etdirir”-, deyə o bildirib.

Vəkil məsələ ilə bağlı DTX rəisi Mədət Quliyevə müraciət hazırladığını da deyib.

Məsələyə aydınlıq gətirməsi üçün dəfələrlə zəng etdiyimiz Bahadır Qocayevə telofonları açmayıb. Gununsesi.info məsələni gündəmdə saxlayacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam