Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

NİZAMİ QOCAYEV PENİTENSİAR XİDMƏTİN YENİ RƏİSİDİR?

236946

İsmayıllı rayon Polis Şöbəsinin rəisi işdən çıxarılıb. 

Xeberinfo.com:   APA-nın məlumatına görə, şöbənin rəisi Nizami Qocayev xidmətdə olmanın son yaş həddi ilə bağlı tutduğu vəzifədən kənarlaşdırılıb. Rayon Polis Şöbəsindən APA-ya N. Qocayevin işdən çıxarılması xəbərini təsdiqləyiblər.

Bildirilib ki, şöbənin rəisi vəzifəsini hazırda rəis müavini Şöhrət Kərimov icra edir. APA-nın əldə etdiyi məlumata görə, N.Qocayev daha yüksək vəzifəyə təyinat alıb.

Qeyd edək ki, bu gün səhər saatlarında KİV-lərdə İsmayıllının polis rəisi Nizami Qocayevin artıq xeyli müddətdir boş olan Penitensiar Xidmətə rəis gətiriləcəyinə dair xəbərlər yayılıb.

Hətta bəzi media orqanları Mədət Quliyevin Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) rəis təyin olunmasından sonra – ötən ilin oktyabrından boş qalan rəis yerinə artıq Nizami Qocayevin təyin olunduğu xəbərini veriblər. Məlumatlarda deyilirdi ki, bununla bağlı əmr artıq hazırdı və bu günlərdə açıqlanacaq.

Belə bir vaxtda Nizami Qocayevin İsmayıllı rayon Polis Şöbəsinin rəisi vəzifəsindən uzaqlaşdırılması, onun Penitensiar Xidmətə rəis gətiriləcəyinə dair xəbərlərin doğru çıxma ehtimalını artırıb.

Belə bir təyinatın gerçəkləşmə ehtimalını həm də Nizami Qocayevin Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovla qohumluq əlaqələrinin olması da gücləndirir. Həm də nəzərə alsaq ki, Penitensiar Xidmət Fuad Ələsgərovun nəzarəti altındadır…

Elə Nizami Qocayevin də xeyli müddətdir Bakıda yüksək vəzifəyə gəlməyə çalışdığı sirr deyil. Vaxtilə müəyyən səbəblərdən karyerası ciddi zədə alan Qocayev üçün hazırda belə bir şərait yaranmış kimi görünür. 

AzPolitika.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam