Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"MTN"-nin daha bir cinayəti ortaya çıxdı

874c879198fd023133cdae570f139f98

 

Ləvğ edilən Mili Təhlükəsizlik Nazirliyinin (MTN)-in əməkdaşlarının daha bir iş adamına qarşı törətdikləri cinayət faktı ilə bağlı məlumat ortaya çıxıb.
Xeberinfo.com:  Bu barədə Lent.az-a vəkil Adəm Məmmədov məlumat verib.
Vəkil bildirib ki, MTN əməkdaşları tərəfindən iş adamı Seyhun Mustafayevin milyonlarla dəyəri olan obyektləri hədə-qorxu yolu ilə ələ keçirilib:“2007-ci ildə hüquqlarını müdafiə etdiyim şəxs – Seyhun Mustafayev Moskva-Bakı aviareysi ilə hava limanına düşüb. Bu zaman MTN-in əməkdaşları onu elə hava limanındaca həbs edib. Guya onun biznesini keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevlə əlaqələndirərək, hədə-qorxu yolu ilə bütün əmlakını əlindən alıblar. MTN əməkdaşları dəyəri milyonlarla ölçülən obyektlərini məcburi şəkildə tanımadıqları adamın adına keçirmək üçün hüququnu müdafiə etdiyim şəxsi və həyat yoldaşını silahlı dəstənin müşahidəsi altında notariat orqanına gətiriblər”.
Vəkilin sözlərinə görə, müdafiə etdiyi şəxs faktla bağlı Baş Prokurorluğun yanında Ağır Cinayətlərə dair İstintaq idarəsini çağırılıb və bu həftə ərzində dindiriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam