Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Vətəndaşına silah çevirənə, bombalar yağdırana mərhəmət yoxdur”

binali_yildirim_010616

“Mənfur dövlət çevrilişinə cəhd hadisəsi ilə əlaqədar heç bir ölkə ilə xarici, iqtisadi əlaqələrimizdə zərrəcə sarsıntı olmayıb, heç bir tərəddüd yaşanmayıb”.

Xeberinfo.com:   Məlumata görə  , bunu Türkiyənin baş naziri Binəli Yıldırım bu ölkəyə rəsmi səfər etmiş Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili ilə birgə keçirdiyi mətbuat konfransına deyib.

Türkiyədə dövlət çevrilişinə cəhd barədə danışan baş nazir qeyd edib ki, ölkənin siyasi və dövlət təşkilatları hər hansı çatışmazlıqla üzləşməyərək fəaliyyətlərini davam etdiriblər: “Bu durum inkişaf etmiş demokratiyanın, oturuşmuş siyasi mədəniyyətin və siyasi qurumların, böyük Türkiyənin bir göstəricisidir”.
Son günlər baş verənlərlə bağlı danışan baş nazir qeyd edib ki, dövlət çevrilişinə cəhddə hər hansı formada iştirak etmiş hər kəs layiqli cəzasını alacaq: “Tamam, olan oldu, boş verək, hər kəs yerində qalsın deyəcək halımız yox. Lazım olan tədbirlər görülür. Bu işin içində hər hansı formada iştirak etmiş hər kəs öz cəzasını alacaq. Etdiyimiz budur”.
Baş nazir qeyd edib ki, Türkiyə dövləti və xalqı böyükdür: “Türk millətini sınamağa cəhd göstərmək ən böyük dəlilikdir. Bu dəliliyi edənlər də nəticəsini gördülər və sonucuna da qatlanacaqlar. Bu işdən qaçış yox. Biz mərhəmət sahibiyik. Amma vətəndaşına silah çevirənə, havadan bombalar yağdırana mərhəmət yoxdur. Burada ədalət var. Ədalət hər şeyin ölçüsüdür. Ədalət lazım olanı edəcək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam